25.08.2020 [10:15] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Məali koronavirusun həbsxanada yayılması səbəbindən avqustun 24-də 100 milyon tümənlik mülki vəsiqə qarşılığında 30 gün müddətinə məzuniyyətə buraxılıb.
Daha əvvəl prokurorluq tərəfindən Məalinin sərbəst buraxılması üçün qəbul edilən mülki vəsiqə ailə tərəfindən təmin olunsa da hökmləri icra edən şöbənin hakimi milli fəalı məzuniyyətə buraxmırdı.
Qeyd edək ki, azərbaycanlı fəal 2019-cu il mayın 2-də 10 aylıq həbs cəzasını çəkmək üçün Sarab zindanına köçürülmüşdü. Həbsdə ikən onun barəsində yenidən bir il həbs və pul cəriməsi qərarı çıxarılmışdı. Lakin hər iki dosyesi birləşdirildikdən sonra daha öncə çəkdiyi həbs müddəti də nəzərə alınaraq fevralın 16-da sərbəst buraxılmışdı.
Buna baxmayaraq təhlükəsizlik qüvvələri iyunun 30-da Məaliyə onun dosyelərinin birləşdirilmədiyini, məhkum olduğu bir il həbs cəzasını da çəkməli olduğunu bildirərək milli fəalı həbs edərək yenidən Sarab zindanına köçürüblər.
Səhənd Məali bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs edilib və müxtəlif təzyiqlərə məruz qalıb.
Qeyd edək ki, koronavirus yayılmasının ikinci dalğası ilə əlaqədar məhbusların məzuniyyətə göndərilməsi barədə yeni qərar çıxarılsa da beynəlxalq insan hüquqları qurumlarının ardıcıl tələbinə baxmayaraq İranın məhkəmə-təhlükəsizlik orqanları bir neçə milli fəalın, o cümlədən Lətif Həsəni, Abbas Lisani, Tövhid Əmir Əmini, Əlirza Fərşi, Behnam Şeyxi, Kiyanuş Aslani, Həmid Manafi Nadarlı, Cəfər Rüstəmirad və Yusif Karinin müvəqqəti azadlığa buraxılmalarına icazə vermir.

Bu xəbər oxucular tərəfindən 368 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |