Şrift:
Axund Ruhullah Hüseyniyan koronavirusdan ölüb
25.08.2020 [11:00] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Yayılan məlumata əsasən, bir neçə il əvvəldən ürək çatışmamazlığından əziyyət çəkən və son vaxtlar koronavirusa yoluxan axund Ruhullah Hüseyniyan bu gün sübh saatlarında Tehranda müalicə aldığı xəstəxanada keçinib.


Axundun koronavirusa konkret necə və nə vaxt yoluxduğu barədə hər hansı bir məlumat yayılmayıb.


Qeyd edək ki, İranın təhlükəsizlik qurumlarında “Xosrovi-xuban” ləqəbi ilə tanınan axund Ruhullah Hüseyniyan, hakimiyyətin mühafizəkarlar qanadının, eləcə də hakimiyyət daxilində “Paydari Cəbhəsi” adı ilə fəaliyyət göstərən mürtəce və radikal siyasi cərəyanın tərəfdarlarından biri idi.


Vaxtilə İran Məhkəmə Sistemində müxtəlif vəzifələrdə çalışan və ölkənin təhlükəsizlik qurumlarına yaxınlığı ilə tanınan Ruhullah Hüseyniyan, həmçinin ölkədə dissidentlərə, müstəqil ziyalılara və dinc siyasi müxaliflərə qarşı aparılan qanlı repressiyalarda adı hallandırılan məşhur axundlardan biri idi.
Bu xəbər oxucular tərəfindən 468 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed