Şrift:
Pompeo: “Dünya birliyi İrana qarşı silah embarqosunun uzadılmasına dəstək verməlidir”
25.08.2020 [14:05] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Öz çıxışında İrana qarşı tətbiq edilən silah embarqosunun ləğvinin region ölkələrinə və dünya birliyinə təhlükə yaradacağını vurğulayan Pompeo deyib ki, Amerika Birləşmiş Ştatları heç vaxt İranın nüvə silahına yiyələnməsinə imkan verməyəcək: “Prezident Tramp açıq şəkildə bildirib ki, İran nüvə silahı əldə edə bilməyəcək. Biz isə, İran rejiminin hava hücumundan müdafiə üçün inkişaf etdirilmiş silahlara yiyələnməyəcəyindən əmin olmaq üçün mövcud bütün vasitələrdən istifadə etməkdə qərarlıyıq.


Hesab edirəm ki, İranın kütləvi qırğın silahlara yiyələnməməsi dünyanın bütün ölkələrinin xeyrinədir. Dünyanın bir çox rəhbəri də şəxsi görüşlərimizdə bunu mənə deyirlər. Lakin düşünürəm ki, İranın nüvə silahına yiyələnmək ərəfəsində olduğunu aşkar şəkildə bildirmək lazımdır. Daha doğrusu, dünya birliyi İrana qarşı silah embarqosunun uzadılmasına dəstək verməlidir


İrana qarşı silah embarqosunun müddəti uzadılmasa, o zaman Tehran rejimi oktyabrın 18-dən başlayaraq, sərbəst şəkildə silah alış-verişi ilə məşğul olmağa başlayacaq və onun silah satışından əldə etdiyi pul isə Orta Şərqdə və hətta Avropada sabitliyin pozulması işinə sərf ediləcək.


Əminəm ki, biz İsrailin və körfəz ölkələrinin dətəyini qazanaraq, İrana qarşı silah embarqosunun müddətinin uzadılmasına nail olacağıq. Düşünürəm ki, İranın inkişaf etdirilmiş silah sistemlərini əldə edə biləməsindən ən çox təsirlənən və ziyan görən ölkələr, Tehrana qarşı tətbiq edilən silah embarqosunun müddətinin uzadılmasının tərəfdarıdırlar və dünyanın digər ölkələri də bu işdə bizə qoşulmalıdırlar” –deyə, ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo əlavə edib.


Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının İrana qarşı tətbiq etdiyi silah embarqosunun müddəti oktyabrın 18-də sona çatır.
Bu xəbər oxucular tərəfindən 468 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed