25.08.2020 [14:08] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə görə, İsfahanın Vilaşəhr şəhərciyində yaşayan bəhai cütlük avqustun 23-də ifadə vermək üçün yerli ETTELAAT idarəsinə çağırıldıqdan sonra həbs edilərək naməlum istiqamətə aparılıb.
Bildirilir ki, ETTELAAT əməkdaşları bəhai cütlüyü saxladıqdan sonra onların mənzilində yolxlama aparmış, onlara məxsus noutbuk, bəhai dininə aid kitablar, akustik piano və bir sıra digər əşyaları müsadirə edərək özləri ilə aparıblar.
Bəhai cütlüyün konkret nədə günahlandırılması və onların hazırda harada saxlanılması barədə hər hansı bir məlumat yayılmayıb.
Qeyd etmək lazımdır ki, rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşayır. İran İslam Respublikasının ana yasası, bəhai dinini müstəqil bir din kimi tanımır. Məhz həmin səbəbə görə də, son 42 il ərzində İranda bəhailərin sərbəst təhsil almasına və onların dövlət idarələrində işə götürülməsinə qadağa qoyulub, digər hüquqları məhdudlaşdırılıb.
İranda hakim radikal ruhanilərin təhriki ilə hakimiyyətə bağlı “Hizbullah”çı dəstələr, vaxtaşırı bəhailərin iş yerlərinə hücum edir, mağazalarını bağlatdırır və ya yandırır, qəbiristanlıqlarını isə dağıdırlar. 1979-cu ildə İranda islam hakimiyyəti qurulandan bu günə qədər yüzlərlə bəhai əsassız ittihamlarla edam edilib.

Bu xəbər oxucular tərəfindən 443 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |