25.08.2020 [14:12] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Tərəflər arasında baş tutan müzakirələri "çox faydalı" adlandıran Salehi bildirib ki, artıq İranla MAGATE arasında yeni fəsil başlayıb.
O, müzakirələrin detallarını açıqlamasa da, MAGATE-nin öz daxili qanunlarına "əməl edəcəyinə" ümidvar olduğunu deyib.
İran mediasının iddiasına görə, Qrossi də 3-cü ölkələrin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin üzv dövlətlərlə əlaqələrinə təsir göstərməsinə icazə verməyəcəklərini bildirib.
Qeyd etmək lazımdır ki, Qrossi 2 günlük rəsmi səfər çərçivəsində dünən axşam saatlarında Tehrana gedib. O, ilk olaraq Əli Əkbər Saheli ilə görüş keçirib. İran mediası bildirir ki, tərəflər görüş zamanı texniki və digər xüsusi məsələlər ətrafında müzakirələr aparıblar.
Bəzi xəbərlərdə isə iddia edilir ki, tərəflər böyük ehtimalla müzakirə zamanı Tehran ətrafında tapılmış və İranın buna görə MAGATE-yə cavab vermədiyi 2 gizli nüvə mərkəzi ilə əlaqəli yaranmış ziddiyyətləri də həll ediblər.
Bu, MAGATE-nin yeni baş direktorun İrana ilk rəsmi səfəri hesab edilir.
Təxminən 2 ay əvvəl Qrossi MAGATE-nin Qubernatorlar Şurasının iclasında bildirmişdi ki, İran onlara Tehran yaxınlığında aşkar edilmiş 2 gizli nüvə mərkəzinə daxil olmağa icazə verməməklə yanaşı, 1 ildir ki, bu məsələ ətrafında ciddi müzakirələr aparmaqdan boyun qaçırır.
Qrossinin bir müddət sonra Qubernatorlar Şurasına İranın öz nüvə öhdəliklərinə əməl edib-etməməsi barədə yeni hesabat hazırlayıb təqdim edəcəyi gözlənilir. O, əvvəlki hesabatında rəsmi Tehranın bu istiqamətdə bir neçə öhdəliyinə əməl etmədiyini qeyd etmişdi.

Bu xəbər oxucular tərəfindən 450 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |