Şrift:
Milli fəal Cavad Əhmədi Yekanlı barəsində təqibsizlik qərarı verilib
25.08.2020 [14:15] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Qərarlar Məhkəmənin Elektron Sistemi tərəfindən Əhmədi Yekanlıya göndərilib.



Ermənistanın Tovuz rayonunda həyata keçirdiyi təxribatçı hücumlarla bağlı güney azərbaycanlıların Azərbaycana dəstək aksiyasından sonra açılan məhkəmə işində Əhmədi Yekanlı “Qarabağa dəstək aksiyasına çağırış etməklə rejimə qarşı təbliğat aparmaq”da ittiham olunmuşdu.

Xoy Məhkəməsinin 1-ci şöbəsi “sübutların yetərsizliyi”nə görə milli fəala qarşı irəli sürülün ittihamda təqibsizlik qərarı verib.



Əhmədi Yekanlı həmçinin “sosial şəbəkələrdə çağırış yaymaqla ictimai rəydə təşviş yaratmaq” ittihamından da bəraət qazanıb.

Xoy İnqilab Məhkəməsinin 3-cü İstintaq Şöbəsinin hakimi Səfərzadə “sübutların yetərsizliyi”nə görə İran Cəza Qanunun 265-ci maddəsinə əsaslanaraq Yekanlıya qarşı irəli sürülən ittihamda təqibsizlik qərarı verib.



Əhmədi Yekanlı Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı mədəni fəaliyyətə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.
Bu xəbər oxucular tərəfindən 479 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed