Şrift:
İranda türkcə-farsca jurnalın lisenziyası ləğv edilib
26.08.2020 [10:00] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
1998-ci ildən etibarən həftəlik şəkildə nəşr edilən dərginin lisenziyası İranın mədəniyyət nazirliyi tərəfindən ləğv edilib.



“Səhra” jurnalının sahibi tanınmış türkmən tədqiqatçı Əbdürrəhman Diyəcidir. Bu jurnalda daha çox türkmən türklərinin mədəniyyəti və milli hüquqları barədə yazılar dərc edilirdi.



Geniş oxucu kütləsi olan jurnalın lisenziyasının ləğv edilməsinin səbəbi barədə hələlik heç bir məlumat verilməyib.
Bu xəbər oxucular tərəfindən 404 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed