26.08.2020 [10:41] - Gündəm, Mədəniyyət
Dövlət İmtahan Mərkəzi (DİM) “Xarici dil (ingilis dili) fənn kurikulumu, dərslikləri və qiymətləndirmə alətlərinin təkmilləşdirilməsinə dəstək” layihəsini Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil İnstitutu ilə birlikdə ABŞ-ın ölkəmizdəki səfirliyinin dəstəyi ilə həyata keçirir.
DİM-dən bildirilib ki, xarici dil (ingilis dili) fənni üzrə imtahanların keçirilməsində aparılan davamlı islahatlar və tələblərin beynəlxalq dil normalarına uyğunlaşdırılması, xarici dil (ingilis dili) fənninin tədrisinin təkmilləşdirilməsini də zəruri edir. Bu məqsədlə DİM “English Language Specialist” proqramı çərçivəsində ABŞ səfirliyinin dəstəyini alaraq Təhsil İnstitutu ilə birlikdə sözügedən layihəni reallaşdırmağa başlayıb. Layihə üç mərhələdən ibarət olacaq və ilk mərhələsi avqust 24–dən oktyabrın 6-dək həyata keçiriləcək. Layihənin mərhələləri müvafiq olaraq aşağıdakı məqsədləri daşıyır:
I mərhələ - yerli xarici dil fənn kurikulumu, dərslik, qiymətləndirmə vəsaitlərinin təhlili və təkmilləşdirilməsi istiqaməti ilə bağlı təkliflərin hazırlanması;
II mərhələ (yanvar ayı, 2021-ci il ) - CEFR səviyyələri əsasında yeni dərslik layihələrinin hazırlanması;
III mərhələ (mart ayı, 2021-ci il) - xarici dil müəllimlərinin peşəkar inkişafı üçün təlim materiallarının hazırlanması.
Layihənin I mərhələsi çərçivəsində həyata keçirilən onlayn təlimə həm DİM, həm Təhsil Nazirliyi, eləcə də Təhsil İnstitutunun xarici dil (ingilis dili) fənn kurikulumu, dərslik və qiymətləndirmə vəsaitləri üzrə mütəxəssisləri cəlb edilib. Təlimin sonunda iştirakçılar xarici dil kurikulumlarının hazırlanmasında CEFR-dən (Dillərin tədrisi, öyrənilməsi və qiymətləndirilməsi üzrə Ümumavropa tövsiyə çərçivə sənədi) istifadə qaydaları, kurikulumlar və xarici dil dərslik və qiymətləndirmə vəsaitlərinin beynəlxalq standartlar və CEFR əsasında təhlili üzrə bacarıqlara sahib olacaq.
Qeyd edək ki, I mərhələnin açılışı və məsləhətləşmə xarakterli ilk sessiya avqustun 24-ü baş tutub və DİM-in təşkilatçılığı ilə keçirilən onlayn görüşdə Mərkəzin və Təhsil İnstitutunun şöbə müdirləri, müvafiq sahə üzrə mütəxəssislər və layihənin eksperti Neytn Kar iştirak edib. Görüş zamanı xarici dil fənn kurikulumunun tətbiqinə, dərsliklərin istifadəsinə dair hazırkı çətinliklər müzakirə edilib, layihənin məqsədləri və gələcək gözləntilər barədə fikir mübadiləsi aparılıb. Yerli mütəxəssislərlə təlimin ilk günü avqustun 25-də başlayıb və oktyabrın 6-dək davam edəcək.
Layihənin əsas məqsədi xarici dil fənn kurikulumunun CEFR standartlarına uyğunlaşdırılması üçün təkliflərin hazırlanması və Təhsil Nazirliyi ilə birgə icrası, dərslik və qiymətləndirmə vəsaitlərinin müvafiq istiqamətdə təkmilləşdirilməsidir.
Layihənin eksperti Kaliforniya Dövlət Universitetinin professoru Neytn Kardır və DİM tərəfindən ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə reallaşdırılmış “Müəllimlər üçün intensiv peşəkar inkişaf və konsultasiya” layihəsinin də eksperti olub. Neytn Kar DİM-in buraxılış və xarici dil fənni üzrə doktoranturaya qəbul imtahanlarının təkmilləşdirilməsi ilə bağlı da Mərkəzə töhfə verib.

Bu xəbər oxucular tərəfindən 493 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |