26.08.2020 [10:51] - Xəbərlər, Mədəniyyət
AMEA Naxçıvan Bölməsində “Baba Nemətullah Naxçıvani: həyatı, elmi şəxsiyyəti və əsərləri” kitabının təqdimatı olub.
Aəqdimat mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid çıxış edərək dünyanın tanınmış İslam alimlərindən biri olan Nemətullah Naxçıvani ilə bağlı ciddi elmi araşdırmaların aparılmasının, onun irsinin öyrənilib tədqiq edilməsinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 29 oktyabr tarixli Sərəncamı ilə əsasının qoyulduğunu bildirib.
Surə Seyid qeyd edib ki, Sərəncamın icrası ilə əlaqədar AMEA Naxçıvan Bölməsində Nemətullah Naxçıvani irsinin öyrənilməsi üçün 7 nəfərdən ibarət tədqiqat qrupu yaradılıb, 2019-cu ildə Türkiyə Respublikasının Konya şəhərinə tədqiqatçı-mütəxəssislər göndərilib. Səfər çərçivəsində “Naxçıvandan Konyaya bir körpü: Nemətullah Naxçıvani” mövzusunda, Naxçıvanda isə “Görkəmli Azərbaycan mütəfəkkiri: Nemətullah Naxçıvani” mövzusunda beynəlxalq konfranslar keçirilib, “Görkəmli Azərbaycan mütəfəkkiri Nemətullah Naxçıvani” adlı beynəlxalq konfransın materialları” kitab şəklində nəşr edilib.
Vurğulanıb ki, AMEA Naxçıvan Bölməsinin hazırladığı “Nemətullah Naxçıvani: taleyi və sənəti” adlı kitab, həmçinin alimin türk dilindən tərcümə edilən “ƏlFəvatih-ül-İlahiyyə-vəl-Məfatih-ülQeybiyyə” (“Quran”ın kəlmə və hikmətlərini açıqlayan Qeybin açarı və ilahi fəthi”) adlı 3 cildlik təfsiri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun dəstəyi ilə nəşr olunub. Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi tərəfindən “Təfsir alimi Nemətullah Naxçıvani” sənədli filmi hazırlanıb, qəzet materialları verilib, keçirilən tədbirlər işıqlandırılıb.
Diqqətə çatdırılıb ki, “Baba Nemətullah Naxçıvani: həyatı, elmi şəxsiyyəti və əsərləri” kitabında görkəmli şəxsiyyətin yaşadığı dövrdə siyasi və elmi vəziyyət elmi təhlil süzgəcindən keçirilib. Professor Yaşar Kurt tədqiqat əsərində Nemətullah Naxçıvaninin bütün əsərlərindən bəhs edib, onlar haqqında ümumi məlumat verməklə, əlyazma nüsxələrini oxuculara təqdim edib. Monoqrafiyanın ən maraq doğuran məqamlarından biri “Qurani-Kərim”in təfsir metodlarının elmi şərhidir. Nemətullah Naxçıvaninin “Quran”ın təfsirində qarışıq metoda üstünlük verməsi, özünəməxsus yazı üslubu seçməsi onu digər təfsirçilərdən fərqləndirib, təfsir elminə yeni ruh, yeni nəfəs gətirib. “Nemətullah Naxçıvaninin təfsirində təsəvvüfi fikirlər” adlanan üçüncü fəsil bütünlükdə İslam dininin əsasını təşkil edən namaz, oruc, həcc, zəkat haqqında elmi şərhləri, şəriət qanunları, tövhid, vəhdətil vücud və vacibül vücud anlayışları və ümumilikdə, alimin fəlsəfəsinin əsasını təşkil edən kamil insan anlayışı və onu formalaşdıran cəhətlərin şərhindən bəhs edir.
Surə Seyid kitabın hazırlanmasında xüsusi əməyi olan Türkiyənin Samsun 19 Mayıs Universitetinin professoru Yaşar Kurta təşəkkürünü bildirib və elmi fəaliyyətində uğurlar arzu edib.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin görkəmli alim Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi ilə əlaqədar sərəncamını türk-islam dünyasının elmi və ictimai fikrinin inkişafına böyük töhfələr vermiş, təsəvvüf və təfsir alimi Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqində mühüm amil kimi qiymətləndirib.
Qeyd olunub ki, həyatının 50 ilə yaxın bir dövrünü Naxçıvanda keçirən, İranda və Türkiyədə yaşayan, təsəvvüf və təfsir sahəsində əsərlərini də burada qələmə alan Nemətullah Naxçıvani “rəbbani elmlərdən sonsuz məlumatı olan, ilahi sirlərə dənizin dərinliklərinə qədər enən” alim və arif bir şəxsiyyət idi. Görkəmli alimin həyatı, fəaliyyəti muxtar respublikada da geniş şəkildə tədqiq edilir, öyrənilir. Nemətullah Naxçıvani irsinin araşdırılması istiqamətində atılan mühüm addımlardan biri də “Baba Nemətullah Naxçıvani: həyatı, elmi şəxsiyyəti və əsərləri” kitabının ərsəyə gəlməsidir. Yeni nəşrdən bu nəticəyə gəlmək olur ki, Nemətullah Naxçıvani Orta Anadoluda Nəqşibəndliyin yayılmasında böyük rol oynayıb, şəriət və dünyəvi elmlərdə, xüsusilə təsəvvüfi düşüncəni mənimsəyənlərin ən yuxarı təbəqəsinə xitab edən mövzularda dərin bir vaqifliyə sahib olub, dünyanın dairəvi olduğunu və Günəşin ətrafında fırlandığını deyən Kopernikdən əvvəl bildirib, dünyanın Ay ilə Günəş arasına girməsindən və digər məsələlərdən bəhs edib. Kitab Baba Nemətullah Naxçıvaniyə həsr olunmuş sanballı tədqiqat əsəri kimi nəinki Naxçıvan, eləcə də Azərbaycan elmi, ictimaiyyəti üçün də maraqla qarşılanacaq.
İsmayıl Hacıyev çıxışının sonunda görkəmli filosof, alimin həyat və fəaliyyətinin öyrənilməsi və tədqiq edilməsinə göstərdiyi diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova dərin minnətdarlığını bildirib.
Tədbirdə AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev, Türkiyə Respublikasının Samsun 19 Mayıs Universitetinin İlahiyyat fakültəsinin professoru, kitabın müəllifi Yaşar Kurt (onlayn), AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, kitabın tərcüməçisi Elxan Yurdoğlu çıxış ediblər.
Sonda nəşr olunan kitablardan ibarət sərgiyə baxış olub.
Qeyd edək ki, Türkiyə Respublikasının Samsun 19 Mayıs Universitetinin İlahiyyat fakültəsinin professoru Yaşar Kurtun müəllifi olduğu “Baba Nemətullah Naxçıvani: həyatı, elmi şəxsiyyəti və əsərləri” kitabı türk dilindən AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Yurdoğlu tərəfindən tərcümə edilib, Bilik Fondunun dəstəyi ilə nəşr olunub. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində 100 tirajla işıq üzü görən, 300-dən artıq elmi ədəbiyyatdan bəhrələnərək qələmə alınan kitab giriş, 3 fəsil və nəticədən ibarətdir.
Yeni nəşr Nemətullah Naxçıvani irsinin tədqiqatçıları, tarixçilər, dinşünas alimlər və ali təhsil müəssisələrinin tələbələri, ümumilikdə, Naxçıvanşünaslıq üçün qiymətli mənbə rolunu oynayacaq, gələcəkdə Nemətullah Naxçıvaninin elmi irsinə yeni baxışların və yeni tədqiqatların yaranması ilə nəticələnəcəkdir.

Bu xəbər oxucular tərəfindən 436 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |