Şrift:
Qazaxıstan Rusiyadan COVID-19-a qarşı peyvənd alacaq
26.08.2020 [14:11] - Xəbərlər, Sağlıq
Qazaxıstan Rusiyada koronavirusa qarşı istehsal olunan Sputnik V peyvəndini alacaq.

Bu barədə Qazaxıstanın Baş Nazirinin saytında deyilir.

Qazaxıstanın dərman vasitələrinin vahid distribüteri olan "SK-Farmasiya" şirkəti Rusiyanın birbaşa investisiyalar Fondu (RFPI) ilə "Sputnik V peyvəndinin zəmanətli həcminin ayrılması barədə” anlaşma sazişi imzalayıb.

Rusiyanın N.F.Gamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzi Qazaxıstan üçün peyvəndin lazımi həcmini hazırlamağa hazırdır.

Bu peyvənddən istifadə klinik sınaqların bütün mərhələlərini keçdikdən sonra mümkün olacaq.
Bu xəbər oxucular tərəfindən 600 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed