Şrift:
Burhanettin Uysal: “Türkiyə və Azərbaycan iki ayrılmaz qardaşdırlar”
07.11.2012 [16:31] - Xəbərlər, Müsahibə
Karabük Universitetinin rektoru, Prof.Dr. Burhanettin Uysalın müsahibə

- Hörmətli rektor, öncə Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı fikirlərinizi bölüşməyinizi xahiş edirəm. Azərbaycanda səfərdə olmusunuzmu?

- Azərbaycan və Türkiyə arasındakı əlaqələr uzun bir tarixə dayanmaqdadır. Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət dəyərlərimizi bizi birləşdirən əsas faktorlardır. Ulu öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” ifadəsi dostluq bağlarımıza, iki qardaş ölkə arasında əlaqələrə güc verməkdədir.
Azərbaycan və Türkiyə arasında mədəniyyət əlaqələrinin inkişafı iki ölkə arasında görülən tələbə mübadiləsi, qarşılıqlı olaraq TV və radio yayımları da önəmli rol oynamaqdadır.
Türkiyə və Azərbaycan arasındakı əlaqələr, köklərin tarixi və mədəniyyət bağlarından qoyulan qardaşlıq təməli üzərində hər bir sahədə inkişaf etməkdə və güclənməkdədir. Türkiyə və Azərbaycan iki ayrılmaz qardaşdır. Biz qardaş Azərbaycanla “bir millət, iki dövlətik”, azərbaycanlılar bizim qardaşımızdır. Bu dostluq, bu qardaşlıq sarsılmaz bağlarla bağlanıb və əbədiyyən də davam edəcək. Türkiyə və Azərbaycan arasında da iqtisadi və sosial əlaqələr daha da inkişaf edəcək və bunun üçün də Karabük Üniversiteti olaraq bizdə akademik və elmi əlaqələr mövzusunda nə etmək lazımdırsa, əlimizdən gələni etməyə hazırıq.
Azərbaycanda heç vaxt olmadım, amma orada çox olmaq istərdim. Azərbaycan ilk getmək istədiyim ölkələr sırasında ilk başda durur. İnşallah, yaxın zamanda Azərbaycana səfər etməyi düşünürəm.

- Karabük Univesitetində təhsilin səviyyəsi necədir?

- “Türkiyənin ən sürətlə böyüyən Universitet iddiasını” prinsip kimi daşıyan təhsil ocağımız 2007-ci ildə; 4 fakültə, 1 yüksəkokul və 2 məslək yüksəkokulu ilə tərkibində yer alan 116 akademik heyət, 122 inzibati heyəti ilə və 4685 tələbə sayı ilə təhsil və araşdırma fəaliyyətlərinə başlayan Karabük Universitetinin bu gün 12 fakültə, 3 yüksəkokul, 4 məslək yüksəkokulu, texniki, humanitar institutu olmaq üzrə, 4 institut və 7 araşdırma və tətbiqetmə mərkəzi ilə tərkibində də yer alan 610 akademik heyət, 333 inzibati heyəti ilə və 22000-dən çox tələbə sayı ilə təhsil və araşdırma fəaliyyətlərini həyata keçirən milli və beynəlxalq platformalarda sürətlə böyüyən, fərqlik yaradabilən bir universitet səviyyəsinə gəlmişdir.
Karabük Üniversitetini digər universitetlərdən üstün tutan isə yenilikçilik, tələbələrin gələcəyini düşünən, müasir dövrün tələblərinə uyğun ixtisasları tərkibində cəmləşdirməsidir. Karabük Universitetində Türkiyənin ilk və tək Dəmir Polad İnsitutu və raylı sistemlər mühəndisliyi ixtisaslarına sahibdir. Ölkəmizin ray ehtiyacını qarşılamak üçün QARDEMİR A.Ş. ilə Dövlət Dəmir Yolları arasında bir müqavilə imzalanmış olub, bu rayların lazımlı testlərinin həyata keçiriləcəyi sahədə Karabük Universitetində 5 km.-lik test yolu tətbiq edilib. Bu test yolunda ray-təkər əlaqələri, sinqnalizasiya və telekommunikasiya ilə bağlı yoxlama testləri həyata keçirilməkdədir. Ölkəmizin ray ehtiyacının QARDEMİR AŞ. tərəfindən təmin ediləcəyi və bunların testinində Karabük Universitetinin də həyata keçirildiyini düşünərkən raylı sistemlər mühəndisliyinin Karabük Universitetində var olma səbəbi və bu ixtisasın nə qədər vacib bir məsələ olduğunu görürük. Karabük Universitetində açılan Dəmir Polad institutu ilə Real Dəmir Polad sektorunda Karabük ayrı bir önəmə sahib olacaq. Sektorun bütün inkişaf yolu institut tərəfindən izlənəcək və lazımi təhlil, analizlər aparılacaq və xaricdə həyata keçirilən bir çox istehsal prosesini MARGEM də həyata keçiriləcək.
Bunun yanında sənaye mühəndisliyi, oftomatika mühəndisliyi, emalat mühəndisliyi, enerji sistemləri mühəndisliyi, mekatronik mühəndisliyi və memarlıq kimi diqqət çəkən ixtisaslarımız öndə gedir. Nailiyyətləri hər kəs tərəfindən izlənilən,180 aktiv layihəsi ilə fərqlənən bir universitet vəziyyətinə gələn Karabak Universitetində 19 proqramda ikinci ixtisasda verilməkdədir.
Erasmus layihəsi çərçivəsində: 21 Avropa Birliyi ölkəsindəki 85 fərqli universitet ilə tələbə mübadiləsi və universitet işçilərinin mübadiləsi olmaq üzrə ortalama 642 ixtisas üzrə razılaşma əldə olunub.
Farabi layihəsi çərçivəsində isə 64 fərqli universitet ilə 70 ixtisas və 600 tələbə mübadiləsinin həyata keçiriləcəyi ilə bağlı razılaşma əldə edilmişdi. İnanırıq ki, həyata keçirilən layihələr Karabük Universiteti yenilikçi universitet düşünəcəsini dünya standarlarında, dünyəvi bir universitet olaraq dəyişdirmişdir.
Karabük Üniversiteti yarandığı gündən, yəni 2007-ci ildən beynelxalq əlaqələrinə xüsusi önəm verib bu gün gəldiyi nöqtədə Karabük Üniversiteti AK-dan aldığı və Türkiyədə 25 üniversitetdə mövcud olan “diplomların tanınması” sənədi ilə artıq bütün dünyada tanınır. Bu da universitetimizi digər universitetlərdən fərqlilik yaradan bir xüsusiliyidir.
Karabül Universiteti keçən bu qısa vaxt içində yeni layihələrlə rəqabət gücünü artırma arzusu istiqamətində fəaliyyətini gücləndirib. Xüsusilə, ölkəmizdə keçirilən idman yarışmalarında mərkəz olmaq arzusu içərisindədir. Bu səbəblə universitetimizdə 25000 nəfərlik stadion və idman meydançasının inşasına başlanılıb və dünya idman oyunlarının bir ayağının Karabükdə həyata keçirmək üçün çalışmalarını sürətlə davam etdirməkdədir.
Dünya universiteti olma hədəfinin bir parçası olaraq, 6 mindən yuxarı tələbəyə bakalavr təhsili verilən ixtisasların hamısına xüsusi olaraq ingilis dilində təhsil verilməklə, maşınqayırma mühəndisliyi, kompüter mühəndisliyi ixtisaslarında 100 faiz, elektrik və elektronika mühəndisliyində 30 və 100 faiz üzrə ingilis dilində təhsil verilməkdədir.
Karabük Universiteti keyfiyyətli təhsil verməklə yanaşı, tələbələrin idman, sosial, mədəni və elmi inkişafına çox diqqət edir ki universitetimizdə 54 tələbə klubu təşkilatları var. Dünyada tək olması və diqqətləri üstünə çəkən qadınlardan ibarət 'Ana Mehtər' komandamız fəaliyyət göstərir.

Türkiyənin parlayan ulduzu Karabük Universiteti artıq inkişafı izləyən deyil, izlənən universitetdir.
- Bəs, təhil ocağında azərbaycanlı tələbələr təhsil alırlmı?

- Bu gün 9 azərbaycanlı tələbəmiz var. Orlar universitetin mühəndislik, mekotranik mühədisliyi, memarlıq və tarix bölümlərində təhsil almaqdadırlar. Biz Karabük Universiteti olaraq akademik, idarə personalı, digər personallar və tələbələri ilə bir ailəyik. Azərbaycanlı tələbələrimiz də bu ailənin bir üzvüdür. Bu ailədə bütün tələbələrimizə bərabər şəkildə imkanlar yaratmaqdayıq.

- Karabük Universiteti ilə Azərbaycan təhsil ocaqları arasında əlaqələriniz hansı səviyyədədir? Qarşıda əlaqələri inkişaf etdirməyi planlaşdırırsınızmı?

- İki ölkənin əlaqələrinə paralel olaraq, iki qardaş ölkənin universitetlərinin əlaqələrinin eyni səviyyədə olmasını istəyirik və bunu çox arzulayırıq. Hazırda Karabük Universiteti ilə Azəraycan universitetləri arasında imzalanan bir əməkdaşlıq protokolu yoxdur. Amma xarici vətəndaş olaraq universitetimizdə təhsil alan tələbələrimizin 15%-nin azərbaycanlı olması, “iki dövlət, bir millət” vizyon və fəlsəfəsi çərçivəsində iş birliyi çalışmalarını dərhal həyata keçirməyimiz qaçınılmaz proses olmuşdur. Bunun üçün də çalışmalarımızı həyata keçirmək vəziyyətdəyik.

- Hörmətli rektor, müsahibə üçün təşəkkür edirəm və işlərinizdə uğurlar arzulayıram.

- Universitetim və şəxsim adına mən də sizlərə təşəkkür edirəm. Onu da bir daha qeyd edim ki, azərbaycanlı tələbələr özlərini Karabük Universitetində öz evlərindəki kimi hiss edirlər. Buradan Azərbaycana, qardaşlarımıza salam və sevgilərimi çatdırıram.

Elnur Eltürk
Bu xəbər oxucular tərəfindən 1406 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed