Şrift:
Ərdəbildə dəmir zavodunun işçiləri etiraz aksiyası keçirib
27.08.2020 [10:29] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Məlumata əsasən, işçilər avqustun 25-də Ərdəbil valiliyinin binası qarşısında toplanaraq neçə aylıq maaşlarının və sığorta haqlarının ödənilməməsinə, eləcə də əmək haqlarının aşağı olmasına etiraz ediblər.

Fəhlələr ödənilməyən maaşlarını almaq üçün dəfələrlə müəssisə rəhbərliyinə müraciət etsələr də nəticə ala bilmədiklərini bildiriblər.





Ərdəbil valisinin siyasi məsələlər üzrə müavini Maziyar Musəvi Ərdəbil dəmirəritmə zavodunun özəl sektor tərəfindən tikildiyini, işlətmənin isə zavodun sahibi tərəfindən digər bir şirkətə verildiyini deyib.

Musəvi həmçinin iddia edib ki, fəhlələrin problemləri valiliyin diqqət mərkəzindədir. Onun sözlərinə görə, fəhlələrin sığorta haqqı artıq ödənilib, gecikən maaşları isə ən qısa zamanda ödəniləcək.





Qeyd edək ki, Güney Azərbaycanda hökm sürən iqtisadi tənəzzül və durğunluq bir çox sənaye və istehsal müəssisəsini ciddi problemlərlə üz-üzə qoyub, hətta bir çoxunun bağlanmasına səbəb olub. Həmin müəssisələrdə çalışan işçilər əmək haqlarını vaxtı-vaxtında ala bilmir vəya ixtisar edilərək işsiz qalır.





Ərdəbil əyalətinin Nəmin şəhərində yerləşən dəmir əritmə zavodunun işçiləri daha əvvəl də əmək haqlarını ala bilmədikləri və qanunsuz olaraq ixtisar edildiklərinə görə, dəfələrlə valilik binası önündə və Ərdəbil imam cüməsinin ofisi qarşısında etiraz aksiyası keçiriblər. Bütün cəhdlərə baxmayaraq bu günə qədər zavod fəhlələrinin problemləri öz həllini tapmayıb.
Bu xəbər oxucular tərəfindən 394 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed