Şrift:
Tehranda 40-a yaxın tələbə qızı zorlamaqda günahlandırılan şəxs həbs edilib
27.08.2020 [10:31] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə, Tehranın polis komandanı Hüseyn Rəhimi mediaya aaçıqlamasında məlumat yayıb. O bildirib ki, onlarla qızın “Twitter” və “İnstagram” səhifələrində bu məsələni ifşa etməsinin ardınca polis əməkdaşları cinsi zorakılıqda günahlandırılan həmin şəxsi avqustun 25-də həbs ediblər.


Polis komandanı həmin şəxsin həbsinin detallarını açıqlamayıb.


Qeyd edək ki, son günlər 40-a yaxın tələbə qız “Twitter”, “İnstagram” və digər sosial şəbəkələrdə yazı paylaşaraq, həmin şəxs tərəfindən aldanılaraq zorlandıqlarını ifşa ediblər.


Yayılan məlumata əsasən, arxeologiya üzrə təhsil aldığı və Tehranda kitab mağazası olduğu bildirilən həmin şəxs müxtəlif vaxtlarda tanış olduğu hər bir tələbə qızı öz evinə dəvət edir və söhbət əsnasına onun içkisinə dərman tökərək bihuş etdikdən sonra zorlayırmış. Qızlar isə yalnız ayıldıqdan sonra başlarına gələn oyundan xəbər tuta bilirmişlər.


Keyvan İmamverdinin hazırda polis idarəsində dindirildiyi, məsələnin araşdırılmasına başlanıldığı bildirilir.
Bu xəbər oxucular tərəfindən 451 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed