27.08.2020 [11:34] - Gündəm, İdman
Yaponiyalı tennisçi Kei Nişikori koronavirus (COVID-19) testinin nəticəsinin neqativ çıxmasına baxmayaraq, “Böyük Dəbilqə” seriyasından ABŞ açıq turnirində iştirak etməyəcəyini bildiri
Türkiyə KİV-ləri xəbər verir ki, 30 yaşlı tennisçi açıqlamasında deyib: “Nəhayət COVID-19 testinin nəticəsi pozitivdən neqativə çevrildi. Ancaq bu qədər uzun vaxtdan sonra 5 setə qədər davam edəcək oyunlara qatılmaq, hesab edirəm ki, ağıllı seçim olmaz. Çox gözəl xatirələrimin olduğu ABŞ açıq turnirində bu il iştirak etməyəcəyəm. Azarkeşlərimi üzdüyümə görə üzr istəyirəm”.
Qeyd edək ki, avqustun 31-dən sentyabrın 13-dək keçiriləcək ABŞ acıq turnirində dünyanın məşhur qadın tennisçilərindən Eşli Barti, Simona Halep, Byanka Andreesku, Elina Svitolina, Kiki Bertens, Belinda Bençiç ve Yelena Ostapenko, kişilərdən isə dünyanın iki nömrəli tennisçisi ispaniyalı Rafael Nadal və avstraliyalı Nik Kirqios yeni növ koronavirus pandemiyası ilə əlaqədar turnirdə iştirak etməyəcəklərini daha əvvəl bildirmişdilər.

Bu xəbər oxucular tərəfindən 795 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |