Şrift:
Mazandaran əyalətində koronavirusa yoluxan daha 100 nəfər xəstəxanalara yerləşdirilib
27.08.2020 [12:05] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə avqustun 27-də məlumat yayan Mazandaran Tibb Universitetinin rektoru Abbas Musəvi deyib ki, bununla da hazırda pandemiya xəstəliyinə yoluxma səbəbilə əyalətin müxtəlif xəstəxanalarına yerləşdirilənlərin sayı 833 nəfərə çatıb: “ Hazırda Mazandaran əyalətinin bir sıra şəhərlərində, o cümlədən də Ramsərdə xəstəliklə bağlı qırmız və fövqəladə hal vəziyyəti hakimdir.


Mazandaranda əvvəlki dövrlərlə müqayisədə “Covid-19” infeksiyasından ölənlərin sayı 2% azalıb. Lakin buna baxmayaraq, təəssüflər olsun ki, hələ də vəziyyəti ağır olan və reanimasiya şöbələrinə köçürülən xəstələrin demək olar ki, yarısı infeksiyadan ölürlər.


Həmçinin Mazandaran əyalətində son bir gün ərzində 57 nəfər xəstəlikdən sağalaraq evə buraxılıb, vəziyyəti ağır olan 48 nəfər isə reanimasiya şöbələrinə köçürülüb.


Bir daha əyalət sakinlərinə tövsiyə edirik ki, xəstəliyin yayılmasının qarşısını almaq üçün lazımsız səfərlərdən imtina etsinlər, maska taxsınlar, gigiyena qaydalarına riayət etsinlər və imkan daxilində toplantılardan və ictimai məkanlardan uzaq gəzsinlər” –deyə, Mazandaran Tibb Universitetinin rektoru Abbas Musəvi əlavə edib.
Bu xəbər oxucular tərəfindən 508 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed