Şrift:
"Onları himayə edənlər də vətənə xəyanət mövqeyində dayananlardır" - Partiya sədri
27.08.2020 [14:41] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
"Bilmirəm ki, onları kim və niyə himayə edir. Amma hesab edirəm ki, belə adamların ordu və dövlət qurumları haqqında belə əsası olmayan yalan informasiyalar səsləndirməsi zabit şərəfinə sığmayan hərəkətdir".

Bunu HİT.az-a sabiq millət vəkili, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev sosial şəbəkələrdə Azərbaycan ordusu və onun rəhbərliyi, həmçinin müxtəlif dövlət qurumları ilə bağlı heç bir əsası olmayan informasiyalar yaymaqla ictimaiyyəti yalnış yönləndirənlər haqqında danışarkən deyib.


Fərəc Quliyev hesab edir ki, Qəhrəman Mənsimzadə və onun kimiləri maliyyələşdirənlər bu hərəkətləri ilə düşmənin maraqlarına xidmət edirlər:

"Milli maraqların bu şəkildə tapdanması satqınlıqdır və onlar buna görə cavab verməlidir. Bu bir Azərbaycan vətəndaşına yaraşan hərəkət deyil. Onları kim maliyyələşdirir, kim yönləndirirsə, bu fikirlər onlara da aiddir. Bu adamların hamısı eyni yükdə olan vətənə xəyanət mövqeyində dayananlardır".

Fərəc Quliyev Azərbaycan Ordusunun Qafqazın ən güclü ordusu olduğunu deyib:

"Müəyyən çatışmazlıqlar varsa belə, bunları dövlət orqanlara çatdırmaq lazımdı. Dövlət sirri var və hamı buna hörmətlə yanaşmalıdır. Milli məsələlərlə bağlı rəsmi qurumların yaydığı məlumatlara istinad etmək lazımdır. Məsələn, Böyük Britaniya 40 il müddətinə atom silahına malik olmayıb. Amma elə davranıblar ki, guya silahları var. Müsbət rəy yaratmaqla dünya siyasətinə təsir ediblər. İndi gələk Qəhrəman Mənsimzadəyə, o bir polkovnikdir, orduda, müdafiə sistemində fəaliyyət göstərib. Əgər ortada bir yalnışlıq vardısa, vaxtında aradan qaldırmağa çalışmalı, yuxarı rütbəli şəxslərə məlumat verməli idi. Amma kənardan səs-küy salmaq orduya kömək etmək deyil. Eks-dövlət adamı olmur. Bu adamlar harda olmasından asılı olmayaraq, dövlətə xidmət etməli və çatışmazlıqları aradan qaldırmağa çalışmalıdırlar. Səsləndirilən problemlərin heç biri Azərbaycan Ordusunda yoxdur. Hətta olsaydı belə bu yanaşma çox yalnışdır. Azərbaycan ictimaiyyəti belə adamları və onların himayədarlarını ciddi şəkildə qınanmalı, sabiq hərbiçi kimi onun haqqında ölçü götürülməlidir. Hesab edirəm ki, belələri nə ordumuz üçün bir iş görüb, nə də vətənpərvər bir zabit kimi şərəfin qoruyub”.
Bu xəbər oxucular tərəfindən 963 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed