Şrift:
İranda daha 117 nəfər koronavirusdan ölüb, 2190 nəfər pandemiya xəstəliyinə yoluxub
27.08.2020 [14:55] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə avqustun 27-də mediaya açıqlamasında məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Larinin dediyinə görə, bununla da İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 21 137 nəfərə, xəstəliyə yoluxanların sayı isə 367 796 nəfərə çatıb.


Xanım Lari bildirib ki, indiyədək 316 638 nəfər xəsəlikdən tam sağalaraq evə buraxılıb.


Sözçü sonda qeyd edib ki, koronavirusa yoluxan və hazırda vəziyyəti ağır olan 3822 nəfər xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində müalicəsini davam etdirir.


İran Səhiyyə Nazirliyi ölkədə bu günə qədər koronavirusdan ölənlərin ümumi sayının 21 137 nəfərə, yoluxanların sayının isə 367 796 nəfərə çatdığı iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə bu günə qədər “Covid-19”dan ölənlərin sayının 95 500 nəfəri keçdiyini, 9 milyon 300 min nəfərdən çox insanın isə xəstəliyə yoluxduğunu bildirirlər.
Bu xəbər oxucular tərəfindən 956 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed