28.08.2020 [10:08] - Xəbərlər, Hadisə
Avqustun 27-dən 28-nə keçən gecə Avstraliyanın cənub-şərq sahillərində baş vermiş güclü qasırğa nəticəsində üç nəfər həyatını itirib.
Bu barədə Avstraliyanın SBS telekanalı məlumat yayıb. Bildirilir ki, güclü qasırğa və yağış inzibati mərkəzi Melburn şəhəri olan Viktoriya ştatında elektrik xətləri dirəklərinin və ağacların aşmasına səbəb olub. Təbii fəlakət nəticəsində dörd yaşlı uşaq, 36 yaşlı qadın və 59 yaşlı kişi həyatını itirib. Onların aşan ağacın altında qaldığı bildirilir.
Həmin gecə ştatın fövqəladə xidmət qərargahına aşan ağaclar, elektrik dirəkləri və xətlərin qırılması ilə bağlı 1100-dən çox zəng daxil olub. Hazırda ştat ərazisində yerləşən 90 şəhərdə sakinlərin elektrik enerjisiz qaldığı da qeyd olunub

Bu xəbər oxucular tərəfindən 1240 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |