28.08.2020 [10:28] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Qərbi Azərbaycanın Koronavirusa Qarşı Mübarizə Qərargahının müavini İrəc Mühibbinin açıqlamasına əsasən, xəstəxanada müalicə alanlardan 209 nəfərinin COVID-19 testi pozitiv çıxıb.
Mühibbi Qərbi Azərbaycanda koronavirus qurbanlarının ümumi sayının 847 nəfərə çatdığını bildirib.
“İnfeksiyaya yoluxanlardan 97 nəfər reanimasiya şöbəsində müalicə alır. Onlardan 23 nəfərinin vəziyyəti ağırdır və ventilyasiya (süni tənəffüs) aparatına bağlıdır,” deyə o qeyd edib.
Zəncan əyalətində isə Tibb Universitetinin rektoru Pərviz Qızılbaşın verdiyi məlumata əsasən, bu günə kimi 9 min 641 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə alıb.
Qızılbaşın sözlərinə görə, Zəncanda son 24 saatda daha 2 nəfər koronavirusdan dünyasını deyişib. Beləcə də əyalətdə koronavirusdan ölənlərin ümumi sayı 425 nəfərə çatıb. Rəsmi xəstəliyə yoluxanlardan 2 min 691 nəfərinin tam sağaldığını bildirib.
Qızılbaş həmçinin qeyd edib ki, hazırda 289 nəfər koronavirus şübhəsi ilə əyalətin xəstəxanalarında müalicə alır.
Ərdəbildə isə hazırda koronavirusa yoluxan 185 nəfər xəstəxanalarda müalicə alır. Onlardan 53 nəfəri reanimasiya şöbəsinə yerləşdirilib.
Ərdəbil Tibb Universitetinin rektor Şəhram Həbibzadənin verdiyi məlumata əsasən, əyalətdə son 24 saatda 17 yeni koronavirusa yoluxma faktı aşkarlanıb, 3 nəfər isə bu xəstəlikdən dünyasını dəyişib.
Həmədan əyalətində də koronavirusa yoluxanların sayı 3 min 551, infeksiyadan ölənlərin sayı isə 470 nəfərə çatıb.

Bu xəbər oxucular tərəfindən 714 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |