Şrift:
Güney azərbaycanlı milli fəal Muxtar İbrahimi saxlanılıb
28.08.2020 [10:50] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Fəalın hansı səbəbdən tutulduğu barədə heç bir məlumat yoxdur.



Təhlükəsizlik qüvvələri İbrahiminin evinə gedərək ona aid bir sıra şəxsi əşyaları müsadirə edərək özləri ilə aparıblar.



Qeyd edək ki, fəal bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs edilib və müxtəlif təzyiqlərə məruz qalıb.



İbrahimi 2018-ci ilin iyul ayında Ettelaat İdarəsinə çağırılaraq təhdidlər altında dindirilmişdi. Həmin ilin avqust ayında isə Polis İdarəsinin təhlükəsizlik bölümünə çağırılaraq sorğu-suala tutulmuşdu.



M.İbrahimi siyasi elmlər üzrə universitet məzunudur. İlk öncə nüvə fizikası ixtisası üzrə təhsil alan fəal sonralar siyasi elmlər ixtisasına keçib. Bu məsələ Ettelaat İdarəsində onun üçün bir çox problemlər yaradıb.



O, 2013-cü ildə Qoşaçaya yaxın Qəcəlu kəndində "21 Azər"-də Azərbaycan Demokrat Firqəsinin şəhidlərindən biri Xanəli Mütiinin məzarı üstündə keçirilən mərasimdə yaxalanmışdır.



Daha sonra milli fəal Soyuqbulağın İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 91 gün həbs cəzasına məhkum edilmişdi.
Bu xəbər oxucular tərəfindən 1359 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed