08.11.2012 [11:45] - Siyasət
Rəsmi İrəvanın uydurmalarını ifşa ediləcəyinə əmin olan Ermənistanın səfiri iclas zalını dərhal tərk edib.
Noyabrın 6-da BMT Baş Assambleyasının 67-ci sessiyası çərçivəsində Sosial, humanitar və mədəni məsələlər üzrə komitədə (Baş Assambleyanın üçüncü komitəsi) gündəliyin “Xalqların öz müqəddəratını təyinetmə hüququ” bəndi üzrə müzakirələr keçirilib.
Azərbaycanın BMT-dəki nümayəndəliyindən verilən məlumata görə, Azərbaycan nümayəndəsinin çıxışında ümumi məqamlar və normativ əsaslarla yanaşı, xalqların öz müqəddəratını təyinetmə hüququnun qeyri-düzgün və kobud təfsiri hallarına rast gəlindiyi qeyd edilib. Bunun bariz nümunəsi kimi, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktı, gücdən istifadə etmə və etnik təmizləməni həyata keçirməsinə bəraət qazandırmaq üçün xalqların öz müqəddəratını təyinetmə hüququna istinad etməsinin qəbuledilməz olması bildirilib. Bu cür mövqenin beynəlxalq hüquqa və məsələ üzrə davam edən siyasi danışıqlar prosesinə zidd olması bildirilib.
Çıxış edən üzv dövlətlər sırasında xalqların öz müqəddəratını təyinetmə hüququnu birtərəfli ayrılma kimi təfsir edən yeganə dövlət növbəti dəfə Ermənistan olub. Azərbaycana qarşı ərazi iddialarını bildirən Ermənistanın BMT yanında Daimi nümayəndəsi öz ölkəsinin BMT Nizamnaməsi və beynəlxalq hüquqa qarşı açıq-aşkar hörmətsiz yanaşmasını nümayiş etdirib. Bu cür təcavüzkar, qeyri-konstriktiv və məntiqsiz mövqe iclasda iştirak edən bir çox üzv dövlətlərin əsaslı narazılığına səbəb olub. Məhz bu səbəbdən və Azərbaycan tərəfinin cavab çıxışında rəsmi İrəvanın uydurmalarını ifşa ediləcəyinə əmin olan Ermənistanın səfiri iclas zalını dərhal tərk edib.
Azərbaycan nümayəndəsinin cavab çıxışında, müharibənin başlamasına görə məhz Ermənistanın məsuliyyət daşıması, həmin müharibə zamanı onun tərəfindən müxtəlif ciddi beynəlxalq cinayətlərin törədilməsi və bu faktları əsaslı dəlillərin sübuta yetirdiyi diqqətə çatdırılıb. Həmçinin, Ermənistanın iddia etdiyi “öz müqəddəratını təyinetmə hüququ”nun BMT Təhlükəsizlik Şurası və Baş Assambleyası, eləcə də digər mötəbər beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı qanunsuz gücdən tətbiq etmək kimi qiymətləndirildiyi xüsusilə vurğulanıb.
Azərbaycan nümayəndəsi Ermənistanın siyasətinin regional və beynəlxalq sülh və təhlükəsizliyə təhdid yaratdığını və ölkəmizin ərazilərinin işğalına, eləcə də etnik ədavətə və qonşu ölkələrə qarşı ərazi iddialarına son qoyması və bütün region dövlətləri ilə sivil münasibətlər qurmasına məcbur olacağına əmin olduğunu bildirib.

Bu xəbər oxucular tərəfindən 1039 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |