Şrift:
İranla Ermənistanın yeni layihəsinin məqsədi çox təhlükəlidir
08.11.2012 [12:35] - Siyasət
Cənubi Qafqazın ən böyük Su Elektrik Stansiyası (SES) olacağı bildirilən Mehridən 793 milyon kilovat/saat elektrik istehsal edə biləcəyi güman olunur. 5 il müddətində tamamlanacaq və 323 milyon dollara başa gələcək layihə hesablamalara görə, 15 ildən sonra gəlir gətirəcək.

Bəs belə bir layihənin Güney Azərbaycan ərazisində, özü də ərazilərimizə işğal edən qonşu Ermənistanla həyata keçirilməsində məqsəd nədir? Niyə rəsmi Bakı buna mane olmadı?

Bu məsələdə Azərbaycanın çox gecikdiyini bildirən politoloq (siyasətçi) Cümşüd Nuriyev deyib ki, Xudafərin körpüsünün yanında su bəndi yaradılarkən beynəlxalq səviyyədə reaksiya verilməliydi. Onun sözlərinə görə həmin su bəndi Ermənistanın işğalında olan əraziləri basıb: “Uzun müddət buna reaksiya verilmədiyindən artıq Cəbrayıl rayonunun (şəhər, məntəqə) Arazboyu əraziləri su altında qalıb. Su bəndi tikilməklə Ermənistanın işğal etdiyi əraziləri İran da suya basmaqla digər bir tərəfdən işğala məruz qoyub.

İranla Ermənistan arasında SES tikintisinin məqsədi daha təhlükəlidir. İranın növbəti məkrli siyasətinin arxasında sahilboyu yaşayan türk əhalini ordan didərgin salmaq və orada farsları yerləşdirmək niyyəti dayanır”.

Onun sözlərinə görə, Ermənistanla İranın gələcək xəyanətkar planlarından Quzey Azərbaycanda məlumatsız qalmaları baxımından da niyyət güdülür: “Güneydə yaşayan soydaşlarımız vasitəsilə məlumatlar Quzey Azərbaycana ötürülür, mətbuat da əhalini maarifləndirirdi. Çünki güneyli soydaşlarımız həmin ərazilərdən uzaqlaşdırılarsa, bizim də heç nədən xəbərimiz olmayacaq. Bütün bunların fonunda da İran-Ermənistan yaxınlaşması Azərbaycanın maraqlarına ziddir. Bilirsiniz ki, həmin ərazilərdən Azərbaycanı Naxçıvanla birləşdirən yeganə yol keçir. SES-in tikintisi ilə həmin yol dayandırıla bilər ki, bununla da Azərbaycana ziyan vurular. Şübhəsiz ki, bütün bunların arxasında farsların bizə sevgisi durmur, məkrli planları durur”.

Rəsmi Bakının məsələyə reaksiyasına gəlincə, C.Nuriyev bunun hüquqi cəhətdən düzgün olmadığını bildirib: “Beynəlxalq aləmdə Azərbaycanın buna reaksiya verməsi düzgün olmaz. Ona görə ki, ərazi İranınkı hesab olunur və onun hansı xarici dövlətlə, hansı siyasət yürütdüyünə qarışmaq olmaz. Yalnız media səviyyəsində buna münasibət bildirmək mümkündür”.
Bu xəbər oxucular tərəfindən 1248 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed