02.09.2020 [10:47] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Məlumata əsasən, Muxtarzadə avqustun 31-də Təbriz məhkəməsinə müraciət etdikdən sonra saxlanılaraq həbsxanaya göndərilib.
Fəalın hansı səbəbdən tutulduğu barədə heç bir məlumat yoxdur.
Muxtarzadənin yaxınlarının dediyinə görə, məhkəmə milli fəalı noyabr 2019 etirazları ilə əlaqədar “ictimai asayişi pozmaq”da günahlandırıb.
Muxtarzadə 2019-cu ilin noyabr ayında benzinin qəfil bahalaşmasına qarşı keçirilən kütləvi etirazlarda onlarla digər fəalla birlikdə Təbrizdə saxlanılmışdı. Milli fəal təxminən bir ay İranın təhlükəsizlik təşkilatına məxsus təcridxanada, eləcə də Təbriz Mərkəzi zindanında saxlandıqdan sonra dekabrın 16-da 100 milyon tümən dəyərində mülki vəsiqə qarşılığında müvəqqəti olaraq azadlığa buraxılmışdı.
Muxtarzadə bundan əvvəl də Güney Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs edilib və müxtəlif təzyiqlərə məruz qalıb.

Bu xəbər oxucular tərəfindən 1157 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |