05.09.2020 [12:40] - Gündəm, Hüquq
Sentyabrın 4-də Mingəçevir şəhəri ərazisində 1978-ci il təvəllüdlü İsaq Əhmədovun elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı şəhər prokurorluğuna məlumat verilib.
Mingəçevir Şəhər Prokurorluğunun daxil olan məlumatında bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İlkin istintaqla İsaq Əhmədovun Mingəçevir İstilik Elektrik Stansiyasının 1-ci nasosxanasında boyama işləri görən zaman elektrik cərəyanın təsirinə məruz qalaraq ölməsi müəyyənləşdirilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bu xəbər oxucular tərəfindən 1312 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |