07.09.2020 [15:01] - Xəbərlər, Sosial
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə “Ermənistanın Azərbaycan torpaqlarının işğalı, məskunlaşdırma siyasəti, məhv edilən maddi-mədəniyyət nümunələri” adlı beynəlxalq onlayn konfrans keçirilib.
Konfrans Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsi və “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin iştirakı və dəstəyi ilə təşkil olunub.
Konfransda Azərbaycan Milli Məclisinin deputatları, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyi, Özbəkistanın tanınmış ziyalıları, mədəniyyət xadimləri, jurnalistlər iştirak ediblər.
Tədbirdə giriş sözü ilə çıxış edən Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbəkistanla Azərbaycan arasında tarixi dostluq əlaqələri, dövlətlərarası yüksək səviyyəli əməkdaşlıq barədə danışıb, AMM-də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ölkəmizin haqq işi ilə bağlı aparılan təbliğat işləri, layihələr, KİV-lərdə bu mövzunun işıqlandırılması, tədqiqat işlərinə dəstəklə bağlı fikirlərini bölüşüb.
S. Abbasov Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması məqsədilə fəaliyyətə başladıqları ilk gündən yerli mətbuatla sıx əməkdaşlığın qurulduğunu qeyd edərək bu məqsədlə çoxsaylı layihələrin həyata keçirildiyini bildirib. O, 2013-cü ilə qədər yerli mətbuatda Azərbaycana dair az sayda məqalə dərc olunduğunu, Mədəniyyət Mərkəzinin apardığı işlər nəticəsində isə ötən illərdə hər il orta hesabla ölkəmizə dair 300-dən artıq məqalənin yayımlandığını söyləyib.
O, Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistanda həyata keçirilən “Qarabağ-Azərbaycan mədəniyyətinin beşiyidir” adlı layihə haqqında danışaraq, Ermənistanın milli-mədəni irsimizin dağıdılması və saxtalaşdırılmasına dünya birliyinin etirazının vacib olduğunu qeyd edib. S. Abbasov Türk Şurası çərçivəsində Özbəkistan dövlətinin, habelə ölkənin tanınmış ziyalılarının bu ilin iyul ayında Ermənistan silahlı qüvvələrinin Tovuz rayonunda törətdiyi təxribata qarşı öz etirazlarını bildirməsi, Azərbaycanın haqq işini dəstəkləməsini yüksək qiymətləndirib.
Azərbaycan Milli Məclisinin deputatı, Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan-Özbəkistan dostluğu və əməkdaşlığı haqqında danışıb, Türk Şurasının üzvü olan Özbəkistanın Azərbaycanla qardaş ölkə olduğunu vurğulayıb. Q. Paşayeva erməni işğalının ağır fəsadları və bu haqda dünya xalqlarının məlumatlandırılması barədə söhbət açıb, Qarabağ həqiqətlərinin yayılması istiqamətində aparılan işlərdən danışıb. O, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı, Tovuz hadisələri zamanı dünyanın müxtəlif ölkələrindən Azərbaycanın haqq işinə dəstək ifadə olunduğunu bildirib, aparılan təbliğatı işlərin öz uğurlu nəticəsini verdiyini qeyd edib. O, AMM-nin Özbəkistanda yerli mətbuatla, ölkənin tanınmış elm, mədəniyyət, ədəbiyyat xadimləri ilə sıx əlaqələrini yüksək qiymətləndirib, gələcəkdə bu istiqamətdə yeni-yeni layihələrə açıq olduğunu qeyd edib.
Deputat çıxışında bəyan edib ki, Azərbaycanda yeni tədris ilində Türk Akademiyası tərəfindən hazırlanan “Ortaq türk tarixi” fənninin tədrisinə başlanacaq.
“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru Erkin Nuriddinov Azərbaycanın regionda vacib rolunu vurğulayaraq, onun Özbəkistana dost, müttəfiq ölkə olduğunu bildirib.
O, 30 ildən çox davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verərək Qarabağda Azərbaycan xalqının yaratdığı zəngin mədəniyyət, çoxsaylı tarixi abidələr haqqında danışıb. E. Nuriddinov dünyanın müxtəlif muzeylərində bunu təsdiq edən çoxsaylı eksponatların olduğunu qeyd edib. O, region xalqları arasında süni şəkildə yaradılmış münaqişənin Azərbaycan ərazilərinin işğalına səbəb olduğunu, Dağlıq Qarabağ bölgəsinin daim Azərbaycanın qədim və ayrılmaz hissəsi kimi tanındığını söyləyib.
Milli Məclisin deputatı Soltan Məmmədov dünyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət mərkəzlərinin ölkəmizin haqq işinin dünyaya çatdırılmasında mühüm bir platforma olduğunu söyləyərək, Özbəkistanda AMM-nin bu istiqamətdə həyata keçirilən işlərini yüksək qiymətləndirib.
O, Heydər Əliyev Fondunun digər sahələrdə olduğu kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dünyaya çatdırılması ilə əlaqədar xeyli layihələr həyata keçirdiyini qeyd edərək, bu işlərin Fondun prezidenti, Azərbaycanın Birinci-vitse prezidenti Mehriban xanım Əliyevanın diqqətində olduğunu bildirib.
Fondun bu mövzuda dünyanın aparıcı dillərində nəşr etdiyi “Qarabağ həqiqətləri” toplusunu, “Qarabağ xanəndələri” adlı albomu və digər çoxsaylı layihələri qeyd edərək, xarici ölkələrdə səfirliklər, mədəniyyət mərkəzləri, diaspor təşkilatları ilə aparılan işlərdən danışıb. Deputat Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başlatdığı “Xocalıya ədalət” kampaniyası haqqında məlumat verib. O, keçirilən konfransın gələcəkdə Özbəkistanla əməkdaşlıqda yeni imkanlar açacağını qeyd edərək, Heydər Əliyev Fondu adından Özbəkistana Azərbaycanın haqq işində göstərilən dəstəyə görə öz təşəkkürünü bildirib.
Milli Məclisin deputatları Məşhur Məmmədov, Elnur Allahverdiyev çıxışlarında Azərbaycan-Özbəkistan əməkdaşlığı, təhsil, diaspora, iqtisadiyyat sahəsində münasibətlər haqqında danışaraq gələcəkdə bu sahədə əlaqələrin daha da dərinləşdirilməsinə dair təkliflərini veriblər.
Özbəkistan Yazıçılar Birliyi sədrinin müavini, şair Qayrat Məcid, özbəkistanlı alimlər Kərim Bahriyev, Gülbahar Aşurova, Gülnaz Sattarova çıxış edərək Azərbaycan-Özbəkistan arasında tarixi dostluq münasibətləri, Türk Şurası çərçivəsində əməkdaşlıq, Azərbaycanın haqq işinə Özbəkistan tərəfindən göstərilən dəstək, habelə konfrans çərçivəsində Qənirə Paşayevanın özbək dilində çap olunmuş “İtirdiyim xoşbəxtlik” adlı kitabı haqqında danışıblar. Onlar Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanın 3 aliminin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzusunda Azərbaycanın müxtəlif beyin mərkəzlərində elmi araşdırmalarda iştirak etdiklərini və bu mövzuda mərkəzin dəstəyi ilə özbək və rus dillərində bu günə qədər 9 adda kitabın çap olundığunı, minlərlə məqalənin yayımlandığını bildiriblər.
Özbəkistan Jurnalistlər Birliyinin İctimai Şurasının sədri, tanınmış jurnalist və tərcüməçi Kərim Bahriyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair tarixi faktlar səsləndirib, Ermənistanın işğalı nəticəsində Azərbaycanın nəinki humanitar fəlakət, hətta ekoloji fəlakətlə üz-üzə qaldığını qeyd edib. O, Ermənistanın bu gün də dünyanın müxtəlif ölkələrindən ermənilərin işğal olunmuş Azərbaycan ərazilərdə qanunsuz şəkildə məskunlaşdırılmasının yolverilməz olduğunu söyləyib.
Sonda Qənirə Paşayevanın “İtı̇rdı̇yı̇m xoşbəxtlı̇k” (“Qarabağ hekayələri” silsiləsindən) kitabının təqdimatı keçirilib.
Qeyd edək ki, “Qarabağ hekayələri” adı ilə işıq üzü̈ görən yeni nəşrdə yer alan hekayələri özbək dilinə istedadlı gənc şair-tərcüməçi Şahistə Artıkova (Kamranlı) çevirib.

Bu xəbər oxucular tərəfindən 384 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |