Şrift:
İsveçrənin Xarici İşlər naziri Zəriflə görüşüb
07.09.2020 [15:16] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə görüş zamanı regional və beynəlxalq məsələlər, eləcə də İsveçrənin təşəbbüsü ilə yaradılmış maliyyə kanalı ətrafında fikir mübadiləsi aparıldığını deyib.


Onun sözlərinə görə, isveçrəli nazirin Tehrana səfərinin Amerika və İran arasındakı münasibətlərlə əlaqəsi yoxdur.


Qeyd etmək lazımdır ki, səfərdən əvvəl ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo İqnazio Kassis ilə telefon əlaqəsi yaradıb. Kassis özü bildirib ki, Pompeo onunla İranla bağlı işə salınmış humanitar maliyyə kanalı mövzusunda fikir mübadiləsi aparıb.


İsveçrə 1980-ci ildən, yəni rəsmi Tehranla Vaşinqton arasında diplomatik əlaqələrin kəsilməsindən etibarən ABŞ-ın İranda mənafeyini qorumaq missiyasını həyata keçirir. Bundan başqa, İsveçrə 2017-ci ildən qarşılıqlı olaraq Tehran və Ciddədə İran və Səudiyyə Ərəbistanının mənafeyini qorumaq missiyasını da öz üzərinə götürüb.
Bu xəbər oxucular tərəfindən 744 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed