07.09.2020 [15:22] - Xəbərlər, Sağlıq
Oksigen konsentratorlar və pulsoksimetrlər COVID-19-la mübarizə üçün ayrılmış xəstəxanalarda tənəffüs çətinliyi olan ağır xəstələrin müalicəsində effektiv yardım göstərəcək və onların həyatını xilas etmiş olacaq.
Bunu jurnalistlərə açıqlamasında Səhiyyə nazirinin müavini Rahim Əliyev deyib Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən COVID-19-lu ağır xəstələrin müalicəsində istifadə olunan 129 oksigen konsentratoru və 60 pulsoksimetrin Azərbaycanın Səhiyyə Nazirliyinə təhvil verilməsinə münasibət bildirərək deyib.
“İyun ayında pandemiya ilə mübarizədə çətinliklərlə qarşılaşdıq. Çarpayı sayı az idi, lakin bir həftə əvvəl 11-ci modul tipli xəstəxananın Prezident İlham Əliyev tərəfindən onlayn açılışı oldu. Hazırda mübarizəni aparmaq üçün kifayət qədər çarpayı sayımız var və 4100-dən çox əlavə çarpayımız var. Bundan başqa, əgər həmin vaxt 6 laboratoriya mövcud idisə, hazırda 40-dan çox laboratoriya var və COVID-19-la mübarizəyə səfərbər olunan xəstəxanaların sayı da 40-dan çoxdur”, - deyə nazir müavini bildirib.
Səhiyyə nazirinin müavini son həftələr koronavirusla bağlı müsbət dinamikanın müşahidə olunmasını da vurğulayıb: “Buna həm vətəndaşların qaydalara məsuliyyətli yanaşması, həm də ölkə rəhbərliyinin pandemiya ilə mübarizədə apardığı uğurlu mübarizə sayəsində nail olunub”.
Rahim Əliyev xatırladıb ki, iyulun 1-də Avropa İttifaqı Ümumdünya Səhiyyə Təşkilatının vasitəçiliyi ilə “Sağlamlıq üçün həmrəylik təşəbbüsü” layihəsi çərçivəsində koronavirusa qarşı mübarizədə Azərbaycana ilk yardımı təqdim edib: “Baxmayaraq ki, həmin vaxt yollar bağlı, əlaqə və təmaslar çox məhdud idi. Azərbaycandakı tibb işçilərinə COVID-19 pandemiyası ilə effektiv və təhlükəsiz mübarizə aparmaqda kömək etmək məqsədilə respirator maska, qoruyucu eynək, şəffaf maska və qoruyucu kombinezonlar ölkəyə gətirilmişdi. Hazırda ikinci yardım təqdim olunub.
Göstərdikləri yardıma görə Səhiyyə Nazirliyi adından Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatına minnətdarlığımı bildirirəm”

Bu xəbər oxucular tərəfindən 676 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |