Şrift:
Moldovada Azərbaycan Mədəniyyət Günləri
08.11.2012 [14:02] - Mədəniyyət
11-15 noyabr tarixlərində Moldovada Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. Azərbaycanın Moldovadakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbirlərdə iştirak etmək üçün mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin rəhbərliyi ilə 49 nəfərlik heyət Kişinyova gedəcək. Mədəniyyət Günləri çərçivəsində Səməd Vurğun adına Rus Dövlət Dram Teatrı kollektivinin ifasında «Müsyö Jordan və Dərviş Məstəli Şah» tamaşası nümayiş olunacaq, caz musiqisi gecəsi keçiriləcək. Bundan başqa Kişinyovda «Azərbaycan ənənələr və müasirliyin yolayrıcında» adlı fotosərginin açılması, Azərbaycan tammetrajlı filmlərinin nümayişi nəzərdə tutulur. Moldova paytaxtındakı «Qafqaz əsiri» restoranında isə Azərbaycan Milli Mətbəxi Günləri keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 1130 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed