07.09.2020 [21:52] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“İran, Rusiya, Fransa, Yunanıstan və başqaları bizim qardaşlığımızın möhkəmlənməsini arzulamırlar”
“Bu əməli həmin dövlətlərin xüsusi xidmət orqanlarının əməkdaşları da törədə bilərlər. Hər halda belə cəhdlər var”
“Heç kim Azərbaycan-Türkiyə münasibətlərinə kölgə sala bilməz”
Sosial şəbəkələrdə yayılan video geniş müzakirələrə səbəb olub. Görüntülərdən məlum olur ki, Sumqayıt şəhərində Azərbaycan bayrağı ilə yanaşı dalğalanan Türkiyə bayrağını endirməyə cəhd göstəriblər.Vətənpərvər sakinlər buna etiraz edib, xəyanətkar əmələ mane olmağa çalışıblar.
İndi “iki dövlət, bir millət” tarixi prinsipinin bütün dünyaya bir daha nümayiş edildiyi bir məqamda belə addımın yeridirmi? Nəinki indi, heç vaxt yanaşı dalğalanan bu iki bayrağın ahənginin qarşısısını almaq olmaz. Bu, tarixə xəyanətdir.
Qardaş ölkə bayrağını endirməyə cəhd göstərənin Sumqayıt icra hakimiyyətinin əməkdaşı olduğu iddia edilir.
Məsələ barədə “Sherg.az”a danışan keçmiş millət vəkili, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bu cür hallara qarşı mübarizə aparmağın hər bir vətəndaşın borcu olduğunu deyib:
“İndi çox həssas vaxtdır. İki dövlətin birliyinə, həmrəyliyinə mane olmaq istəyənlər var. Açıq deyirəm, İran, Rusiya, Fransa, Yunanıstan və başqaları bizim qardaşlığımızın möhkəmlənməsini arzulamırlar. Sözügedən əməli həmin dövlətlərin xüsusi xidmət orqanlarının əməkdaşları da törədə bilərlər.
Hər halda belə cəhdlər var. Yayılan dezinformasiyalar, tarixi saxtalaşdırmaq və sair kimi təşəbbüslər buna misaldır.
Biz onlara qarşı mübarizə aparmalı, Türkiyə-Azərbaycan münasibətlərinin daha da irəliləməsinə çalışmalıyıq. Bunu təkcə Prezident, hökumət edə bilməz. Belə bir durumda hər birimiz əl-ələ verməliyik”.
F.Quliyev, həmçinin vətəndaşların məsələyə münasibətini də alqışlayıb:
“Orada Türkiyə bayrağının endirilməsinə kəskin reaksiya göstərənlər var idi. Qardaş ölkədə dəfələrlə sosial eksperiment niyyəti ilə bayrağımızı yandırmağa çalışıblar. Yerli vətəndaşların reaksiyası çox qürurverici olub. Həm bu məqam, həm də Sumqayıtdakı hadisə bir daha göstərir ki, heç kim Azərbaycan-Türkiyə münasibətlərinə kölgə sala bilməz. Baş verən olay mütləq araşdırılmalı və işdə məmur əli varsa, məqsəd müəyyənləşməlidir”.

Bu xəbər oxucular tərəfindən 840 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |