08.09.2020 [10:42] - Xəbərlər, Mədəniyyət
Sentyabrın 8-i Beynəlxalq Savadlılıq Günüdür. UNESCO tərəfindən 1967-ci ildən qeyd olunan bu əlamətdar günün məqsədi savadlılığın insanlar, icmalar və ümumilikdə cəmiyyət üçün faydasına diqqəti cəlb etməkdir. Əldə edilən nailiyyətlərə baxmayaraq, savadlılıq sahəsində problem aktual olaraq qalır, çünki dünyada azı 773 milyon yaşlı insanın baza savadı yoxdur.
UNESCO-nun saytı xəbər verir ki, bu il Beynəlxalq Savadlılıq Günü COVID-19 böhranı şəraitində və ondan sonrakı dövrdə tədrisə və təlimə həsr edilməklə pedaqoqların roluna və tədris metodlarının dəyişməsinə xüsusi diqqət ayırır.
Beynəlxalq Savadlılıq Gününün builki mövzusu insanın ömür boyunca təhsil alması məsələsini əhatə edərək, ictimaiyyətin diqqətini gənclər və yaşlı insanlara yönəldir. COVID-19 böhranı siyasi diskurs və reallıq arasındakı uyğunsuzluğu sərt şəkildə xatırladıb. Koronavirus pandemiyasına qədər də mövcud olan bu uyğunsuzluq ya savadı olmayan, ya da yetərincə savadı olmayan və bu səbəbdən müxtəlif çətinliklərlə qarşılaşan gənclərin və yaşlıların təhsil almasına mənfi təsir edib. Ölkələrin çoxunda pandemiyadan əvvəlki dövrdə təhsil sahəsində ilkin tədbir planlarında yaşlı insanlar arasında savadlılığın yayılması üzrə proqram olmayıb. Digər tərəfdən, COVID-19 böhranı gənclər və yaşlılar arasında savadlılığın yayılması ilə, habelə tədris və təlimlə məşğul olan insanlara təsirsiz ötüşməyib.
Builki Beynəlxalq Savadlılıq Günü pandemiya ilə mübarizə üçün və postpandemiya dövründə gənclər və yaşlılar arasında savadlılığın yayılması üzrə proqramlarda təhsil sahəsində innovativ və səmərəli yanaşmalardan, təlim metodlarından necə istifadə olunması məsələsi üzərində düşünməyə və bu barədə müzakirə aparmağa imkan yaradır. Bu əlamətdar gün müəllimləri dəstəkləməyə və tədrisə kömək göstərə biləcək səmərəli siyasi strategiyalar, sistemlər, idarəçilik metodları və tədbirləri ilə yanaşı, pedaqoqların rolunu təhlil etmək baxımından da önəmlidir.
Sentyabrın 8-də Parisdə keçiriləcək virtual konfrans vasitəsilə UNESCO COVID-19 pandemiyasından sonrakı dövrdə və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 4-cü bəndinə nail olmaqda gənclər və yaşlılar arasında tədris və təlimin yenidən qiymətləndirilməsi məqsədilə ümumi qlobal diskussiya təşkil edəcək.
Bu əlamətdar gündə Beynəlxalq Savadlılıq Mükafatı da onlayn təqdim ediləcək.
Qeyd edək ki, Azərbaycanda təhsilə dövlət qayğısı ildən-ilə artır. Bu qayğının nəticəsidir ki, indi ölkəmizdə savadlılıq yüz faiz təmin olunub. Hazırda Azərbaycanda təhsil sistemində beynəlxalq standartlara uyğun fundamental islahatlar aparılır, təhsilin bütün pillələri üzrə dövlət proqramları uğurla həyata keçirilir. Təhsilimizin milli, ümumbəşəri dəyərlər, demokratik, dünyəvi prinsiplər əsasında inkişafına geniş imkanlar yaradılıb.

Bu xəbər oxucular tərəfindən 534 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |