08.11.2012 [14:16] - Hadisə
İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitə keçirərək onu satmağa cəhd göstərən dəstə zərərsizləşdirilib. Bu barədə məlumatı Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) baş müstəntiqi, polis mayoru Rövşən Rəşidov verib. Onun sözlərinə görə, Biləsuvar rayonunun Xırmandalı kənd sakini, 1981-ci il təvəllüdlü Zabil Əfləddin oğlu Həsənov, Lənkəran rayonunun Boladi kənd sakini, 1976-cı il təvəllüdlü Eldəniz Ələkbər oğlu Nəsirov və onun həmkəndlisi, 1986-cı il təvəllüdlü Elvin Həsəndadaş oğlu Quliyevdən ibarət dəstənin İrandan qaçaqmalçılıq yolu ilə ölkəmizə keçirdiyi külli miqdarda narkotik vasitəni — 2 kq tiryək və 4 kq həşişi satmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 206 və 234-cü maddələrinə müvafiq olaraq Lənkəran ŞRPŞ-də istintaq aparılır.
Bu xəbər oxucular tərəfindən 1120 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |