08.09.2020 [10:52] - Gündəm, Sosial
İndoneziyanın Proboliqo (Şərqi Yava əyaləti) şəhərinin hökumət orqanları koronavirus pandemiyasına görə tətbiq olunan qaydaları pozanları COVID-19 virusundan həyatını itirənlərin daşındığı avtomobillərdə gəzməyə məcbur ediblər.
Bu barədə avqustun 8-də “The Jakarta Post” qəzeti məlumat yayıb. Koronavirusla mübarizə üzrə hökumət qrupunun rəhbəri Uqas İrvantonun sözlərini sitat gətirən qəzet yazıb: “yerli bazarlardan birində biz tibbi maskalardan imtina edən təqribən 50-yə yaxın satıcı və alıcı aşkar etdik. İctimai tərbiyə vasitəsi kimi onların COVID-19 virusundan həyatını itirənlərin daşındığı avtomobilə mindirilməsi barədə qərar qəbul edildi. Həmin avtomobildə olduqları müddətdə bu şəxslərlə təhlükəsizlik tədbirləri barədə söhbət də aparıldı”.
Yerli administrasiyanın nümayəndəsinin bildirdiyinə görə, bununla yanaşı, həmin bazarda sahibləri məhdudiyyət tədbirlərini pozan bir neçə piştaxta da bağlanıb.
Əlavə olaraq qeyd edək ki, son məlumatlara görə İndoneziyada təqribən 197 min nəfər koronavirusa yoluxub, onlardan 8130-u həyatını itirib.

Bu xəbər oxucular tərəfindən 519 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |