09.09.2020 [10:51] - Gündəm, Hadisə
Qubada sel zamanı dağılan avtomobil körpüsü yenidən qurulur.
Ağçay çayının üzərində inşa olunan nəqliyyat ötürücüsü Almazqazmalar kəndində yaşayan 400 nəfərdən çox sakinin rayon mərkəzinə gediş-gəlişini asanlaşdıracaq.
İş icraçısı Sahib Abbasov bildirib ki, körpünün tikinti işlərinin 90 faizi başa çatıb. Yeni körpünün uzunluğu 34, eni isə 7 metr olacaq. Hər iki tərəfdə piyadaların hərəkəti üçün səki nəzərdə tutulub. Körpünün sel sularına davam gətirməsi üçün qabaqlayıcı tədbirlər də görülüb. Yeni körpü sentyabr ayının sonralarına kimi istifadəyə veriləcək.
Almazqazmalar kənd sakini Təvəkkül Allahverdiyev bildirib ki, çay üzərində yeni körpü tikilməmişdən əvvəl sakinlər kəndin bir tərəfindən digər tərəfinə keçməkdə çətinlik çəkirdilər. Kənd sakinləri əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Bu xəbər oxucular tərəfindən 634 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |