Şrift:
Əfqanıstanın birinci vitse-prezidentinə sui-qəsd zamanı 10 nəfər həlak olub
09.09.2020 [11:38] - Gündəm, Hadisə
Əfqanıstanın birinci vitse-prezidenti Əmrullah Salehə sui-qəsd zamanı həlak olanların sayı 10 nəfərə çatıb.

Bu barədə TOLOnews telekanalı təhlükəsizlik xidmətinin nümayəndələrinə istinadla məlumat yayıb. Telekanalın məlumatına görə, insident nəticəsində daha 10 nəfər yaralanıb.

Daxili İşlər Nazirliyindən bildiriblər ki, bu gün səhər saatlarında Əmrullah Salehin xidməti avtomobili Kabil şəhərinin Taimani bölgəsindən keçdiyi vaxt partlayış törədilib. Yüksək vəzifəli məmur üzündən və əlindən yüngül xəsarətlər alıb.

Hadisənin məsuliyyətini hələlik heç bir qruplaşma üzərinə götürməyib.
Bu xəbər oxucular tərəfindən 804 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed