08.11.2012 [15:11] - DAVAMın yazıları
Elnur Eltürk
Bu günlərdə "youtub"da (http://www.youtube.com/ watch? feature=player_embedded&v=dkUGZ1WDg94) ermənilərin milli mahnılarımızı oğurlayıb ifa etmələrini baxandan sonra çox əsəbiləşdim. Bizim mahnıları necə düzgün və səhv ifa etmələrini ekspertlər dəqiq deyə bilərlər. Onu da əlavə edim ki, bu tipli görüntülər istənilən qədərdir və ermənilər milli dəyərlərimizi, adət-ənənlərimizi "özünküləşdirib", bu görüntüləri yaymaqla məşğuldurlar. Sonradan hansısa adi bir xarici vətəndaş milli musiqilərimizlə bağlı axtarış verib bu görüntüləri görəndən sonra onda belə fikir formalaşar ki, doğrudan da bu rəqslər ermənilərə məxsusdur. O zaman günahı onlarda yox, özümüzdə axtarmalıyıq.Axı nəzərə almaq lazımdır ki, xaricdə milli dəyərlərimizin tanınması üçün istənilən səviyyədə pullar xərclənir. Prezident cənab İlham Əliyev çıxışında bu məsələnin üzərində xüsusi dayanır ki, erməni yalanlarına qarşı lazımi səviyyədə və sistemli şəkildə cavab verilsin. Budurmu, bizim cavabımız?
Çünki ölkəmizin beynəlxalq arenada tanınmasında diasporun üzərinə böyük yük düşür. Diaspor siyasətimiz elə qurulmalıdır ki, düşmən hər addımbaşı bizim zərbəmizi görsün.
Bu gün Azərbaycan diasporu haqda danışarkən, həmişə qeyd edirik ki, bizim diaspor yenidir və s. səbəblər gətirib məsələnin üstündən keçirik. Yaxşı, bunu qəbul edirik ki, erməni diasporu ilə müqayiəsədə, bizim diasporumuz yeni yaranır və hələ inkişaf mərhələsindədir.
Bununla yanaşı, düşmənə istənilən səviyyədə cavab vermək üçün boş və mənasız reklamlardan uzaq olub, sistemli fəaliyyətə üstünlük verilməlidir. Necə illərdir ki, bu sahədə yazı və xəbərlər hazırlayan şəxs kimi deyə bilərəm ki, bizim diasporda fədakar və vətənpərvər insanlarımız istənilən qədərdir. Amma nə edək ki, onların imkanları erməni yalanlarının qarşısını almaq üçün bəs etmir. Onlar öz maddi imkanları hesabına nəsə edirlər. Amma maliyyə elə adamlara verilir ki, onlar nə diasporda tanınır, nə də bir iş ortaya qoyurlar. Sonucda isə pullar havaya sovrulur.
Ermənlər isə bizim mahnı və rəqsləri öz dəyərləri kimi təqdim edə-edə gedirlər. Qurultay və forumlarda yığışıb şərəfimizə badələr qaldırmağın heç bir mənası yoxdur. Oturub yaxşı-yaxşı fikirləşək ki, biz nə edirik və hara gedirik? Qısa olaraq deyim ki, həmin pullarla Avropada rəqs və mədəniyyət qrupları yaradıb, Avropada böyük işlər görmək olar.
Düzdür, son illər Heydər Əliyev Fondunun dəstəyi ilə bır sıra önəmli layihələr həyata keçirilir. Milli dəyərlərimizin qorunması istiqamətində beynəlxalq tədbirlərə ev sahibliyi edilir. Bu yaxınlarda Fransada Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətə başlaması əlamətdar hadisə hesab edilməlidir. Birlik və həmrəylik içində yola davam etməliyik. Ola bilər ki, fikirlərimlə bağlı bəzi insanlar razılaşmayacaq və öz iradlarını bildərəcəklər. Bunu normal qəbul edirəm. Əsas odur ki, problem bizim üstümüzə gəlməmiş, biz problemin üzərinə gedək.

Bu xəbər oxucular tərəfindən 1263 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |