10.09.2020 [13:34] - Gündəm, Sağlıq
“JAMA Internal Medicine” tibb jurnalının son nömrəsində dərc edilmiş məlumata görə, bu il aprelin 1-dən iyunun 30-dək COVID-19 diaqnozu ilə xəstəxanaya düşən gənclərin 20 faizdən çoxunun intensiv terapiya şöbəsində müalicə almağa ehtiyacı olub.
Belə xəstələrin hər 10 nəfərindən birinin nəfəs ala bilməsi üçün ağciyərlərin süni ventilyasiyası aparatına qoşulmasına ehtiyac olub. Onların təqribən 3 faizi vəfat edib.
Ekspertlər aprelin 1-dən iyunun 30-dək ölkədəki 400-dən çox xəstəxanadan evə buraxılmış 780 mindən artıq yaşlı pasiyentə aid məlumatları təhlil ediblər. Bu insanların 3222 nəfəri 18-34 yaşlarında gənclər, onların 57 faizi kişi cinsinə mənsub olub.
Tədqiqata cəlb edilmiş COVID-19 xəstələrinin təqribən 60 faizi qaradərili və ya Latın Amerikası mənşəli şəxslər olub. Pasiyentlərin 37 faizi piylənmədən, 18 faizi diabetdən, 16 faizində yüksək qan təzyiqindən əziyyət çəkirmiş.

Bu xəbər oxucular tərəfindən 616 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |