Şrift:
Lənkəranda yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb
10.09.2020 [14:05] - Gündəm, Hadisə
Lənkəran rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, rayonun Girdəni kəndi ərazisində Günəhir kənd sakini A.Fərəcovun idarə etdiyi “Shacman” və İstisu qəsəbə sakini M.Kəlbiyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə M.Kəlbiyevin sərnişinlərindən Mahir Əhmədov hadisə yerində ölüb, özü və digər üç sərnişini xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Bu xəbər oxucular tərəfindən 700 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed