Şrift:
Fələstin Ərəb Liqası Şurasının 154-cü sessiyasına sədrlik edib
10.09.2020 [14:11] - Xəbərlər, Sosial
Ərəb Dövlətləri Liqası (Ərəb Liqası) Şurasının onlayn formatda 154-cü sessiyası keçirilib. Xarici İşlər nazirləri səviyyəsində keçirilən sessiyaya Fələstinin xarici siyasət idarəsinin rəhbəri Riyad Əl Maliki sədrlik edib.

Sessiyanın gündəliyində Fələstin, Liviya, Suriya, Sudan və Yəməndəki vəziyyət, COVID-19 pandemiyası dövründə ərəb dövlətlərinin əməkdaşlığının inkişafı, İsrail Dövləti ilə münasibətlərin normallaşması məsələləri daxil edilib.

Sessiyada çıxış edən Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər naziri Ənvər Qarqaş bildirib ki, İsraillə münasibətlərin normallaşmasına dair Əbu-Dabinin atdığı addımlar regionda sülhün və sabitliyin bərqərar olmasına xidmət edir və heç bir başqa ölkəyə qarşı yönəlməyib. O əlavə edib ki, Yaxın Şərq və Şimali Afrika regionlarında münaqişələrin dayandırılması üçün ərəb dövlətlərinin həmrəyliyinə ehtiyac duyulur.

Misir, Oman, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn və İraqın xarici siyasət idarələrinin rəhbərləri Fələstinin ərazi bütövlüyünü dəstəklədiklərini bəyan ediblər. Bildiriblər ki, Fələstin dövləti 1967-ci ilədək olan sərhədlərinin hüdudlarında qurulmalı və onun paytaxtı Şərqi Qüds olmalıdır.

Sessiyada ərəb ölkələrində ekstremizm və terrorizmin yayılmasına qarşı mübarizə tədbirləri də müzakirə olunub.
Bu xəbər oxucular tərəfindən 499 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed