Şrift:
Hindistanda COVID-19 infeksiyasına yoluxmada yeni antirekord qeydə alınıb
11.09.2020 [10:47] - Gündəm, Sosial
Hindistan COVID-19 infeksiyasına yoluxma sayına görə öz “rekordunu” yeniləyib. Ötən sutka ölkədə 96 min 551 yeni yoluxma aşkarlanıb. Bu, həm də bir ölkədə qeydə alınmış sutkalıq ən böyük rəqəmdir.

Hindistanın Federal Səhiyyə Nazirliyi xəbər verir ki, ölkədə virusa yoluxanların ümumi sayı 4,5 milyonu ötüb. Ötən sutka Hindistanda COVID-19 səbəbindən 1172 ölüm baş verib. Bu rəqəm də ötən günə dünyada ən yüksək göstəricidir. Ölkədə ümumi ölüm sayı 75 min 62-ə çatıb.

Səhiyyə Nazirliyinin məlumatına əsasən, hazırda ölkədə 919 mindən çox aktiv pasiyent var.

Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxanların sayına görə ABŞ-dan sonra ikincidir. Hindistanda virusa yoluxanların ümumi sayı iyulun 16-da 1 milyonu, avqustun 6-da 2 milyonu, avqustun 22-də 3 milyonu, sentyabrın 4-də isə 4 milyonu ötüb. Hökumət iqtisadiyyatın canlanması üçün sentyabrın 1-dən karantin rejiminin növbəti mərhələdə yumşaldılmasına start verib.
Bu xəbər oxucular tərəfindən 340 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed