11.09.2020 [10:49] - Xəbərlər, Bildiriş
İnzibati vəzifələrin B növünə (inzibati rəhbər vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının nəticələri açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, imtahanda iştirak üçün qeydiyyatdan keçən 1417 namizəddən 23-ü imtahana gəlməyib. İmtahanın nəticələrinə əsasən, BA1 altqrupu üzrə 6 nəfər, BA2 altqrupu üzrə 28 nəfər, BA3 altqrupu üzrə 37 nəfər, BA4 altqrupu üzrə 43 nəfər, BB1 altqrupu üzrə 109 nəfər, BB2 altqrupu üzrə 90 nəfər olmaqla, BB3 altqrupu üzrə 148 nəfər, BB4 altqrupu üzrə 165 nəfər ümumilikdə 626 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.
İmtahanın nəticələri ilə bağlı Apelyasiya Komissiyası sentyabrın 11-də, 14-15-də saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə, 28 (keçmiş Bakı Asiya Universitetinin binası).

Bu xəbər oxucular tərəfindən 575 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |