Şrift:
Gökhan Gülər Azərbaycan-Kıbrıs Türk Cəmiyyətinin həmsədri oldu.
08.11.2012 [17:23] - Xəbərlər, Türk dünyası-Turan
Azərbaycan-Kıbrıs Türk Cəmiyyətində yeni təyinat olub. Quzey Kıbrıs Türk Cümhuriyyəti Prezidentinin mətbuat danışmanı, QKTC-da Azərbaycan dərnəyinin başqan yardımçısı Gökhan Gülər Azərbaycan-Kıbrıs Türk Cəmiyyətinin Kıbrıs üzrə həmsədri təyin olunub.

Təşkilatın Türkiyə üzrə həmsədri Mehmet Akçayın verdiyi məlumata görə, yeni təyinatda Gökhan Gülərin QKTC-nın tanıdılması istiqamətində yürütdüyü işlər, Türk Dünyası çərçivəsində həyata keçirilən layihələrdə fəaliyyəti və Turançılıq məfkurəsinin təbliğində fəallığı nəzərə alınıb.
Qeyd edək ki, 2012-ci il iyul ayının 20-də təsis toplantısını keçirən təşkilatın Azərbaycan üzrə həmsədri Milli Dirçəliş Hərəkatı Partiyası Gənclər Təşkilatının sədri Seymur Həsənli, Türkiyə üzrə həmsədri Mehmet Akçay idi. Təşkilatın Nizamnaməsinə görə həmsədr və ya səlahiyyətli nümayəndə (təmsilçi) olacaq şəxs həmin ölkənin vətəndaşı olmalıdır.
Təşkilatdan verilən məlumata görə, yaxın zamanlarda Azərbaycan-Kıbrıs Türk Cəmiyyəti Bakıda “Rauf Denktaş gecəsi” təşkil edəcək.

AKTC Mətbuat Xidməti
Bu xəbər oxucular tərəfindən 1191 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed