Şrift:
Ukraynada ilk dəfə koronavirusa gündəlik yoluxma 3 min nəfəri ötüb
11.09.2020 [10:51] - Gündəm, Sosial
Ukraynada koronavirusa yoluxma hallarında yeni antirekord qeydə alınıb, ilk dəfə gündəlik rəqəm 3 mini ötüb.

Ukrayna Səhiyyə Nazirliyi xəbər verir ki, bu ölkədə son sutkada 3144 nəfər koronavirusa yoluxub, 53 nəfər isə dünyasını dəyişib. Ən çox yoluxma Kiyev, Xarkov, Ternopıl vilayətlərində qeydə alınıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 148 min 756 nəfərə çatıb. Bu infeksiyadan ölənlərin ümumi sayı 3076 nəfərdir, 66 min 356 xəstə isə sağalaraq evə buraxılıb.

Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti noyabra qədər uzadılıb.
Bu xəbər oxucular tərəfindən 332 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed