Şrift:
Marsı tədqiq edəcək kosmik zondda “NHK” yayım şirkətinin kameraları quraşdırılacaq
11.09.2020 [11:00] - Gündəm, Sosial
Yaponiya Aerokosmik Məkanın Tədqiqi Agentliyi (JAXA) və “NHK” yayım şirkəti Mars planetini və onun peyklərini tədqiq etmək üçün yüksəkhəllə malik 8K kameralarından istifadə etməyi planlaşdırır.

Yaponiya KİV-ləri xəbər verir ki, JAXA 2024-cü ilin aprelində başlayacaq maliyyə ilində “Martian Moon eXploration” (MMX) zondunu kosmosa buraxmağı planlaşdırır. Marsa yaxınlaşacaq zond bu planetlə yanaşı, onun “Fobos” və “Deymos” adlı iki peykini də tədqiq edəcək.

Hazırda “NHK” və JAXA tərəfindən zondda quraşdırılması nəzərdə tutulan 4K və 8K kameraların hazırlanması ilə əlaqədar birgə iş davam etdirilir. Həmin kameralar vasitəsilə həyat keçiriləcək çəkilişlərin bir qisminin Yerə göndəriləcəyi, ilkin görüntülərin isə rəqəmsal formatda zonddakı kapsulda toplanacağı bildirilir. Həmin kapsul da müəyyən müddətdən sonra Yerə göndəriləcək.
Bu xəbər oxucular tərəfindən 719 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed