Şrift:
Fərəc Quliyev: "Azərbaycan kifayətqədər güclü dövlətdir. Belə şeyləri Azərbaycanda tətbiq etmək mümkün deyil”
08.11.2012 [21:05] - Xəbərlər, Siyasət
"Hesab etmirəm ki, Rusiyada bir neçə adamın yığılıb bir bəyanat verməsi, yaxud fəaliyyət göstərməsi ilə bağlı hansısa görüntü etməsi Azərbaycanın daxili həyatına dəyişikliklər gətirə bilər”

Bir müddət əvvəl Rusiya Federasiyasında bir qrup azərbaycanlı iş adamı tərəfindən yaradılmış Rusiyanın Azərbaycan Təşkilatları İttifaqının ölkəmizin daxili işlərinə qarışdığı, Moskvanın dəstəyi ilə burada hakimiyyət dəyişikliyinə nail olmağa maraq göstərdiyi iddia olunur. Bildirilir ki, sözügedən qruplaşma hətta Azəbaycandakı bir sıra dairələr, o cümlədən ayrı-ayrı şəxslərlə bu istiqamətdə məxfi danışıqlara start verib.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev “OLAYLAR”-a verdiyi açıqlamada Rusiyanın həmişə Azərbaycanda müəyyən proseslər həyata keçirməkdə maraqlı olduğunu vurğulayıb və Kremlin bu siyasətinin hazırda da davam etdiyini söyləyib: “Ancaq hesab etmirəm ki, Rusiyada bir neçə adamın yığılıb bir bəyanat verməsi, yaxud fəaliyyət göstərməsi ilə bağlı hansısa görüntü etməsi Azərbaycanın daxili həyatına dəyişikliklər gətirə bilər. Bunun hansısa nəticə verəcəyinə inanmıram. Çünki Azərbaycan kifayətqədər güclü dövlətdir. Belə şeyləri Azərbaycanda tətbiq etmək mümkün deyil”.
Bu xəbər oxucular tərəfindən 1316 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed