14.09.2020 [12:12] - Gündəm, Sosial, Hadisə, Gənclik, Türk dünyası-Turan
Ukraynada koronavirusa yoluxma hallarında vəziyyət qənaətbəxş deyil.
Ukrayna Səhiyyə Nazirliyi xəbər verir ki, bu ölkədə son sutkada 2462 nəfər koronavirusa yoluxub, 33 nəfər isə bu xəstəlikdən həyatını itirib. Ən çox yoluxma Xarkov, Ternopol, Odessa vilayətlərində qeydə alınıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 156 min 797 nəfərə çatıb. Bu infeksiyadan ölənlərin ümumi sayı 3211 nəfərdir, 69 min 543 xəstə isə sağalaraq evə buraxılıb.
Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti noyabra qədər uzadılıb.

Bu xəbər oxucular tərəfindən 1190 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |