Şrift:
Ukraynada koronavirusa yoluxanların sayı 160 minə yaxınlaşıb
15.09.2020 [11:21] - Gündəm, Sosial
Ukraynada koronavirusa yoluxma hallarında artım davam etməkdədir.

Ukrayna Səhiyyə Nazirliyi xəbər verir ki, bu ölkədə son sutkada 2905 nəfər koronavirusa yoluxub, 53 nəfər isə dünyasını dəyişib. Ən çox yoluxma Kiyev, Xarkov, Ternopol, Odessa vilayətlərində qeydə alınıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 159 min 702 nəfərə çatıb. Bu infeksiyadan ölənlərin ümumi sayı 3264 nəfərdir, 70 min 810 xəstə isə sağalaraq evə buraxılıb.

Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti noyabra qədər uzadılıb.
Bu xəbər oxucular tərəfindən 431 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed