Şrift:
Ukraynada koronavirusdan ölüm hallarında antirekord qeydə alınıb
16.09.2020 [11:00] - Gündəm, Sosial
Ukraynada son sutkada koronavirusdan ölüm hallarında yeni antirekord qeydə alınıb.

Ukrayna Səhiyyə Nazirliyi xəbər verir ki, bu ölkədə son sutkada 2958 nəfər koronavirusa yoluxub, 76 nəfər isə dünyasını dəyişib. Ən çox yoluxma Kiyev, Xarkov, Ternopol, Odessa vilayətlərində qeydə alınıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 162 min 660 nəfərə çatıb. Bu infeksiyadan ölənlərin ümumi sayı 3340 nəfərdir, 72 min 324 xəstə isə sağalaraq evə buraxılıb.

Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti noyabra qədər uzadılıb.
Bu xəbər oxucular tərəfindən 297 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed