Şrift:
Şahmatçımız Rauf Məmmədov fransalı Maksim Vaşe-Laqrav üzərində inamlı qələbə qazanıb
16.09.2020 [11:16] - Gündəm, İdman
“C'Chartres” şahmat klubunun və “Avropa şahmat” (Europe Echecs) jurnalının təşkilatçılığı ilə qrossmeysterlər - azərbaycanlı Rauf Məmmədov və fransalı Maksim Vaşe-Laqrav arasında keçirilmiş matç təmsilçimizin qələbəsi ilə başa çatıb.

“Europe-Chess” platforması vasitəsilə keçirilən turnirdə Rauf Məmmədov fransalı şahmatçıya 6:2 hesabı ilə qalib gəlib. Turnir 8 matçdan ibarət olub.
Bu xəbər oxucular tərəfindən 758 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed