16.09.2020 [11:20] - Gündəm, Sosial, Bildiriş
Naxçıvan Muxtar Respublikasında ölkəmizin ərazi bütövlüyünə, təhlükəsizliyinə, xalqın və dövlətin milli maraqlarının daxili və xarici təhdidlərdən qorunmasına yönəlmiş və ümummilli lider Heydər Əliyevin ideyalarına söykənən uğurlu idarəetmə sistemi dövlətimizin möhkəmlənməsinə, muxtar respublika əhalisinin rahat və təhlükəsiz şəraitdə yaşamasına hesablanılıb.
Bu fikir Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində 2020-2021-ci tədris ilinin başlanması münasibətilə sentyabrın 15-də keçirilən tədbirdə səsləndirilib.
Məktəbin rəisi, polis polkovniki Kamil Məmmədəliyev Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərova raport verdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni oxunub.
Tədbirdə çıxış edən Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov yeni tədris ilinin başlanması münasibətilə pedaqoji kollektivi təbrik edərək uğurlar arzulayıb.
Qeyd olunub ki, muxtar respublikada hər il yeni məktəb binalarının tikilərək istifadəyə verilməsi, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi təhsilin bütün pillələrinin inkişafını gündən-günə sürətləndirir. Bu müstəvidə həyata keçirilən irimiqyaslı və perspektivlərə hesablanmış uğurlu layihələrin davamı olaraq daxili işlər orqanlarının ixtisaslı kadrlarla komplektləşdirilməsi məqsədilə Orta İxtisas Polis Məktəbinin yaradılması doğma yurdumuzun təhlükəsizliyi, ictimai asayişin təmin edilməsi və gənclərdə dövlətçiliyə xidmət fəlsəfəsinin formalaşması məqsədi daşıyır.
Nazir diqqətə çatdırıb ki, ilk tədris ilində 150, cari tədris ilində isə 200 nəfərdən çox gənc məktəbə qəbul üçün müraciət edib. Namizədlər arasından seçilərək kursant sıralarına daxil olmaları həmin gənclərin dövlətçiliyə xidmət üçün yolunu açmaqla yanaşı, onların üzərinə böyük məsuliyyət qoyur.
Tədbirdə məktəbin rəisi, polis polkovniki Kamil Məmmədəliyev, Daxili İşlər Nazirliyinin Veteranlar Şurasının sədri, istefada olan polis polkovniki Yusif Həsənov, kursant Ruslan Məmmədov çıxış edərək məktəbdə yaradılmış yüksək tədris şəraiti üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıqlarını bildiriblər.

Bu xəbər oxucular tərəfindən 731 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |