16.09.2020 [11:56] - Xəbərlər, Türk dünyası-Turan
Bu gün Türkiyə də, Azərbaycan da sürətlə inkişaf edir. Artıq buna nə dünyada, nə də bölgədə heç kəsin şübhəsi qalmayıb. Türkiyə-Azərbaycan qardaşlığı isə nəinki bölgə, ümumiyyətlə dünya ölkələri üçün də nümunədir. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan arasındakı qardaşlıq münasibətləri, mütəmadi təmaslar, dövlət başçılarının verdikləri birgə bəyanatlar və atdıqları addımlar Türkiyə-Azərbaycan dostluğunun və qardaşlığının bariz nümunələridir.
Bu fikirləri müsahibəsində ölkəmizin Türkiyədəki səfiri Xəzər İbrahim ifadə edib.
Diplomat, həmçinin deyib: “Hər iki ölkənin dövlət qurumları olaraq biz prezidentlərimizin təlimatlarına əsasən, işimizi lazımi səviyyədə qurmuşuq. Hazırda bütün istiqamətlərdə, o cümlədən iqtisadi, siyasi, hərbi və sair sahələrdə Türkiyə ilə Azərbaycan bir-birinin gücünə güc qatır və bu, eyni səviyyədə davam edəcək. Gələcəklə bağlı planlarımız böyükdür və bunun üçün göstərəcəyimiz hər bir səy çox vacibdir”.

Bu xəbər oxucular tərəfindən 747 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |